Accessibility links

ATƏT Parlament Assambleyası media və ifadə azadlığına hörmətə, böhtana görə cinayət məsuliyyətinin ləğvinə çağırıb


ATƏT Parlament Assambleyasının Oslo toplantısında iştirak etmiş, Milli Məclisin deputatı, “Böyük Quruluş” Partiyasının sədri Fazil Qəzənfəroğlu bildirib ki, bəyannamə yekdilliklə qəbul edilib,

ATƏT Parlament Assambleyası iştirakçı ölkələri media və ifadə azadlığına hörmət etməyə və böhtana görə cinayət məsuliyyətini ləğv etməyə çağırıb. Bu, ATƏT Parlament Assambleyasının Osloda keçirilən plenar sessiyasında qəbul edilmiş yekun qətnamədə əksini tapıb.

ATƏT Parlament Assambleyasının Oslo toplantısında iştirak etmiş, Milli Məclisin deputatı, “Böyük Quruluş” Partiyasının sədri Fazil Qəzənfəroğlu bildirib ki, bəyannamə yekdilliklə qəbul edilib, Azərbaycan Milli Məclisinin sədr müavini, hakim “Yeni Azərbaycan” Partiyasının icra katibinin müavini Bahar Muradovanın rəhbərlik etdiyi nümayəndə heyəti onu dəstəkləyib. “Beləliklə, Azərbaycan diffamasiyaya görə cinayət məsuliyyətini ləğv etmək barədə öhdəlik götürüb”.
Sənəd üzv ölkələrin üzərinə jurnalistlərə qarşı fiziki təzyiqlərin fəal şəkildə araşdırılması və təqsirli şəxslərin cəzalandırılması öhdəliyi qoyur. Qətnamənin təşəbbüskarı və sənədin layihəsini hazırlayan ABŞ Konqresinin Helsinki Komissiyası olub.



XS
SM
MD
LG