Accessibility links

ATƏT: "Son etiraz aksiyası zamanı çevik polis alayının jurnalistərə qarşı ifrat gücdən istifadə etməsindən narahatıq"


ATƏT-dən Amerikanın Səsinə daxil olan açıqlamada qurumun media azadlıqları məsələləri üzrə nümayəndəsi Dunya Miyatoviç bildirib ki, o, Bakıda son etiraz aksiyası zamanı çevik polis alayının jurnalistərə qarşı ifrat gücdən istifadə etməsindən narahatdır.

ATƏT-in açıqlamasında deyilir ki, Azərbaycanda gənc ordu əsgərinin ölümünə qarşı yanvar ayının 12-si keçirilən nümayiş zamanı bəzi jurnalistlər təzyiqə məruz qalıb və onların peşə borcunu yerinə yetirməsinin qarşısı alınıbb. “Mən bütün media işçilərinə qarşı zorakılığı plüralizm və media azadlıqlarının pozulması faktı kimi qınayıram. Azərbaycan rəsmilərini insidenti araşdırmağa və gələcəkdə baş verəcək oxşar insidentlərin qarşısını almağa çağırıram” – deyə xanım Miyatoviç bildirib.

ATƏT bildirir ki, insident zamanı təzyiqə məruz qalmış jurnalistlər Obyektiv TV-nin əməkdaşı Rasim Əliyev, Azadlıq Radiosunun reportyoru Vüsalə Əlibəyli, Azadlıq qəzetinin müxbiri İslam Şıxəli və eləcə də deyerler.org xəbər portalından bir jurnalist olub. Nümayiş zamanı polis Reportyorların Azadlıqları və Təhlükəsizliyi İnstitutunun rəhbəri Emin Hüseynovu itələyərək yerə yıxıb.

“Mən xüsusilə üzərində jurnalist olduqlarını açıq-aydın göstərən gödəkçələr geyinən jurnalistlərin təzyiqə məruz qalmasından narahatam”-deyə Dunya Miyatoviç bildirib.

O, açıqlamada bu məktubun Azərbaycan Xarici və Daxili İşlər Nazirliklərinə göndərildiyini də bildirib.
XS
SM
MD
LG