Prezident İlham Əliyevin sərəncamı ilə dövlət büdcəsindən maliyyələşdirilən təhsil müəssisələrində (ali təhsil müəssisələri istisna olmaqla) çalışan işçilərin aylıq vəzifə maaşları orta hesabla 10 faiz artırılıb. Artım 2011-ci il dekabrın 1-dən hesablanacaq.
Xatırladaq ki, orta məktəblərdə bir stavka (həftədə 12 saat) dərs saatına görə müəllim orta hesabla 150 manat aylıq maaş alır.