Orlando parkında yüzlərlə insan bir araya gələrək bir il öncə Amerika tarixinin gey və lezbiyan icmasına olan ən böyük hücum nəticəsində vəfat edən 49 nəfərin xatirəsini yad etmək üçün yürüş ediblər.
Bir il öncə gecə saat 2-də Puls gecə klubuna daxil olan 29 yaşlı Oman Matin insanların üzərinə atəç açaraq 49 nəfəri öldürüb, 53 nəfəri yaralamışdı. Əqli cəhətdən qeyri-sabitliyi olan Matin bunu İslam Dövləti adına etdiyini bildirmişdi.
Həmin gecə baş verən dəhşətli hadisə bütün Orlando ictimaiyyətini qorxutmuşdu.
15 yaşlı Madelin Vard Pulsun qarşısındakı küçədə yaşayır və həmin gecə gördüyü və eşitdikləri hələ də yuxularında qarabasma olaraq onu qorxudur.
Madelin Vard
"Bu hadisə mənim gözlərimi açdı və mənə dərindən təsir etdi. Başa düşdüm ki, biz nə qədər fərqli olsaq da, bir o qədər də eyniyik. Hamımız insanıq. Ona görə heç nəyə və heç kəsə fərq qoymadan sevmək lazımdır."
Bir ildən sonra Orlanda ictimaiyyəti və Gey Xor qrupu bir araya gəlib, xatirə abidəsinin qarşısında toplaşaraq hadisədə həyatını itirənləri şərəfləndiriblər.
Don Cons bildirib ki, xor öz ifaları ilə hər kəsə sevgi və birlik mesajı göndərirlər.
Don Cons - Orlando Gey Xoru
“Qətliyamçının etmək istədiyi şey LGBT icmasını dağıtmaq idi. Lakin, onun etdiyinin nəticəsi olaraq LGBT icması daha da böyüyüb, bütünləşdi. Hətta digər icmalarla əvvələr aramızda olmayan yeni körpülər yarandı.”
Bu körpüləri keçən həftə boyunca baş tutan tədbirlərdə də görmək mümkündür.
Keçən həftənin şənbə günü “Go Big Tees” Lgbt icmasına dəstək olmaq məqsədilə pulsuz köynəklər, yemək və qucalamalar təklif edib.
Sahibə Hanna Zuk deyir ki, layihənin məqsədi faciədən əziyyət çəkənlərə sevgi və dəstəyimizi göstərməkdir.
Faciədən sonra Puls gecə klubu heç zaman yenidən fəaliyyətə başlamadı. Bu gün bura faciədə ölənlərin xatirəsinə ehtiram göstərmək istəyənlər üçün anım yeridir.