Accessibility links

Orduxan Teymurxan: Rejim hakimiyyətdə qalmaq üçün Qərbə pul yedirir [Video-Müsahibə]


Orduxan Teymurxan: Rejim hakimiyyətdə qalmaq üçün Qərbə pul yedirir
please wait

No media source currently available

0:00 0:07:45 0:00

Azərbaycan siyasi elitasının Avropada 2.8 milyard dollar həcmində pulyuma əməliyyatı üzə çıxdıqdan sonra Avropa boyu qəzetlərdə Azərbaycan hakimiyyətinə dair çox sayda məqalələr dərc edildi. Üzə çıxanlar və yaranan debatlar Azərbaycanın Avropadakı imicinə, münasibətlərə necə təsir göstərib? Bu mövzunu müzakirə etmək üçün Hollandiyadan siyasi fəal Orduxan Teymurxanla Skype əlaqəsi saxladıq.

Özünü diapor sayan insanların hamısı hökumət adamlarıdır və rüxvətxor məmurların maliyyəsi ilə özlərini diaspor adlandırırlar

Orduxan bəy bu son üzə çıxan məlumatların Avropada Azərbaycan haqda təsəvvürlərə təsirindən danışarkən bildirib ki, Azərbaycanın pullarını Avropaya dağıtması çox pis qəbul olunub.

“Baxmayaraq ki, bu pulların 99 faizi avropalılara qismət olub, bu, bir korrupsiya göstəricisidir və avropalılar bunu sevmir. Amma əfsuslar olsun ki, avropalılar arasında da bizim hökumətə bənzəyənlər var. Hətta Azərbaycanın adını eşitməyənlər belə, bu hala gülərək, bunu başalçaldıcı tərzdə qəbul etmirdilər. Azərbaycanın onsuz da bu son 20 ildə nüfuzu müsbət olmamışdır. Azərbaycandan olan qaçqınlar ya siyasi, ya da iqtisadi mühacirlədir. Bu da başucaldıcı hal deyil,” deyə siyasi fəal bildirib.

Avropa Şurası və Avropa İttifaqı Azərbaycanda insan haqlarının hər gün pozulduğunu gözəl bilir

Avropa Şurasının baş katibi Torbyorn Yaqland Azərbaycan rəhbərliyi tərəfindən ona qarşı mütəşəkkil hücum kampaniyası başlanıldığını deyib. Azərbaycanın Avropa Şurasındakı üzvlüyünün perpsketivlərindən danışan siyasi fəal deyib ki, bu ölkənin perspektivlərindən söhbət gedə bilməz. Belə ki, Avropa Şurası və Avropa İttifaqı Azərbaycanda insan haqlarının hər gün pozulduğunu gözəl bilir. Azərbaycanın ləkəsi olan 170-ə yaxın siyasi məhbus onu göstərir ki, Azərbaycanın Ukrayna və ya Gürcüstan kimi bu qurumlarda yer alması mümkünsüzdür.

Əgər bu rejim hakimiyyətdə qalmaq üçün öz pullarını Qərbə yedirəcəksə, Qərb bu ölkədə baş verənləri görməməzlikdən gələcək

Avropadan Azərbaycanda insan haqlarının ümumi durumunun necə göründüyü barədə Orduxan Teymurxan deyib ki, Avropa və Amerikanın Azərbaycandan umacağı yeganə şey puldur. Əgər bu rejim hakimiyyətdə qalmaq üçün öz pullarını Qərbə yedirəcəksə, Qərb bu ölkədə baş verənləri görməməzlikdən gələcək.

İlham Əliyev hökuməti Avropada nüfuzunu qaldırmaq üçün lobbiçilik səylərinə külli miqdarda pul xərcləyib.
İlham Əliyev hökuməti Avropada nüfuzunu qaldırmaq üçün lobbiçilik səylərinə külli miqdarda pul xərcləyib.

Avropada yaşayan bir sıra azərbaycanlı demokratiya və insan haqları mövzularında müəyyən tədbirlər təşkil edir. Diasporun fəaliyyətindən narazılığına bildirən Orduxan Teymurxan Azərbaycanın kənarda "heç bir diasporu" olmadığını və bu hakimiyyət ayaqda durana qədər olmayacağını deyib. O əminliklə bildirib ki, özünü diaspor sayan insanların "hamısı" hökumət adamlarıdır və rüşvətxor məmurların maliyyəsi ilə özlərini diaspor adlandırırlar.

XS
SM
MD
LG