Accessibility links

Azərbaycan ordusunun hərbiçisi həlak olub, bir əsgər isə sialahla qaçıb


Cəbhə
Cəbhə

Hazırda əsgərin axtarışı davam edir. O silahlıdır. Polis yollarda postlar qurub

APA agentliyinin məlumatına görə, Azərbaycan Ordusunun hərbiçisi cəbhə xəttində həlak olub, digər hərbiçi isə silahını götürərək hərbi hissədən qaçıb.

Agentlik bildirir ki, bu gün cəbhənin Tərtər istiqamətində (Bakıdan 340 kilometr şimal-qərb) Ermənistan silahlı birləşmələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan ordusunun giziri Aydın Abdullayev həlak olub. Hərbçi başından aldığı güllə yarasından şəhid olub.

Agentliyin digər xəbərində isə deyilir ki, Azərbaycan Ordusunun əsgəri xidməti silahını götürərək hərbi hissədən qaçıb.

Hadisə Müdafiə Nazirliyinin Tovuz rayonundakı (Bakıdan 430 kilometr qərbdə) hərbi hissədə qeydə alınıb. 19 yaşlı əsgər Cəmil Hüseynzadə xidməti silahını götürərək hərbi hissəni özbaşına tərk edib.

Hadisədən dərhal sonra əməliyyat qrupu yaradılıb və hüquq-mühafizə orqanları məlumatlandırılıb. Əsgərin axtarışlarına polis qüvvələri də cəlb edilib. Tovuz və Ağstafa rayonlarında polis postları qurulub, hər iki rayona girən və çıxan bütün avtomobillər yoxlanılır. Hazırda əsgərin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
XS
SM
MD
LG