İki beynəlxalq kredit agentliyi investorlara xəbərdarlıq edib ki, İordaniyada və digər ölkələrdə baş qaldırmış üsyan bu ölkənin iqtisadi inkişaf perspektinə ciddə mənfi təsir edə bilər. S & P və Moody bu gün İordaniyadan bəzi kredit reytinqlərini ixtisar edə bilər.
İqtisadi narahatlıqlar Tunis və Misirin ardınca İordaniyada da həftələrlə davam edən nümayişlərdən sonra yaşanmağa başlayıb.
İordaniyanın nüfuzlu bədəvi tayfasının üzvləri müxalifətçilərin siyasi islahatlarla bağlı tələblərinə qoşularaq, islahatlar həyata keçirilməyənədək kral Abdullanın çevriliş riski ilə qarşı-qarşıya olduğunu barədə xəbərdarlıq edib.
İordaniya monarxının dünən çap etdiyi məktubda tayfanın 36 üzvü seçki qanununa dəyişikliklər edilməsinə çağırır. Tənqidçilər deyir ki, bu qanın krala sadiq insanların parlamentdə yer almasına şərait yaradır. Onlar habelə nəzərdən keçirilmiş qanunlara əsasən parlament seçkilərinin şəffaf keçirilməsini müşahidə etmək üçün yeni hökumətin yaradılmasını tələb edirlər. Bədəvilər xəbərdarlıq edib ki, azadlıqların boğulması və dövlət pulllarının mənimsənilməsi gec-tez Tunisdə və Misirdə baş verən hadisələrin oxşarı ilə nəticələnəcək.