Accessibility links

Oqtay Gülalıyevin oğlu: Atam yaşadığı müddətdə hərəkət edə, danışa bilməyəcək


Oqtay Gülalıyev xəstəxanada
Oqtay Gülalıyev xəstəxanada

“Həkimlərin bildirdiyinə görə, atanın beyın hüceyrələrindən üçü sıradan çıxıb. Bu o deməkdir ki, atam yaşadığı müddətdə hərəkət edə, danışa bilməyəcək. Ancaq reaksiyasız olaraq gözləri açıq olacaq.”

Bu barədə hazırda İstanbulda Avrasiya Xəstəxanasında müalicə olunun hüquq müdafiəçisi Oqtay Gülalıyevin oğlu Təbriz Gülalıyev həkimlərin son rəyinə isitnadən Facebook səhifəsində yazıb.

Onun sözlərinə görə, həkimlər bu gün hüquq müdafiəçisini kompüter tamoqrafiyasından keçirdikdən sonra bu rəyi açıqlayıb.

Həkimlər həmçinin bildirib ki, Gülalıyevin komadan ayılması 6 aydan bir ilədək çəkə bilər.

Oqtay Gülalıyev noyabrın 6-da Bakıdan AZAL-ın xüsusi ambulans təyyarəsi ilə Türkiyəyə aparılıb və İstanbul Avrasiya Xəstəxanasına yerləşdirilib.

Hüquq müdafiəçisi oktyabrın 29-da avtomobil vurduqdan sonra ağır kəllə-beyin travması alıb. Həkimlər beyinə qansızma diaqnozu qoyublar.

Oktyabrın 30-da o, beyindən gematomanın çıxarılması üzrə əməliyyat olunub. Həkimlərin proqnozlarına görə, nəticə müsbət olsa hüquq müdafiəçisi komadan çıxa bilər və bundan sonra aylarla reabilitasiya kursu keçməlidir.

Noyabrın 5-də birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu hüquq müdafiəçisinin müalicəsi ilə bağlı məsələlərin həllini öz üzərinə götürüb.

XS
SM
MD
LG