Accessibility links

Oqtay Gülalıyev: Həbsdə olan 9 siyasi məhbus aclıq edir


4 fəal isə Müsavat Partiyasının qərargahında aclığı davam etdirir

“Mehman Hüseynov və bütün siyasi məhbuslara azadlıq” tələbi ilə Müsavat Partiyasının mənzil-qərargahında keçirilən aclıq aksiyası artıq 13-cü gündür davam etdirilir.

Yanvarın 4-dən aclıq aksiyasına qoşulan Tofiq Yaqublu Amerikanın Səsinə bildirib ki, hazırda aksiyanı 4 nəfər davam etdirir.

Bunlar Sənubər Heydərova (yanvarın 11-dən aclıq edir), Natiq İsrafilov (yanvarın 9-dan aclıq edir), Şamil Nəsirli və Tofiq Yaqubludur.

Yaqublu həbsdə olan siyasi məhbusların aclıq aksiyasının geniş vüsət aldığını deyib.

Mehman Hüseynova dəstək aclıq aksiyası
Mehman Hüseynova dəstək aclıq aksiyası

“Mən siyasi məhbusların aclıq aksiyasını dəstəkləyirəm. Həbsdə olanların aclıq etməsi bizə nisbətən çox çətindir. Onlar qanunsuz olaraq həbs olunublar. Siyasi məhbusların tələbi haqlıdır və yerinə yetirilməlidir. Bütün siyasi məhbuslar həbsdən azad edilməlidir,” Yaqublu qeyd edib.

Siyasi Məhbusların Müdafiə Mərkəzinin koordunatoru Oqtay Gülalıyev Amerikanın Səsinə müsahibəsində bildirib ki, hazırda həbsdə olan 9 siyasi məhbus aclıq aksiyasına qoşulub.

Oqtay Gülalıyev: Həbsdə olan 9 siyasi məhbus aclıq edir
please wait

No media source currently available

0:00 0:02:57 0:00

“Həbsdə olan siyasi məhbusların aclıq aksiyasının genişlənəcəyini ehtimal edirik. Onların tələbləri haqlıdır. Mehman Hüseynov da daxil olmaqla, bütün siyasi məhbuslar həbsdən azad edilməlidir,” hüquq müdafiəçisi bildirib.

Gülalıyev aclıq edən siyasi məhbuslara həbsxana rəhbərlikləri tərəfindən aclığı dayandırmaları üçün təzyiqlər barədə məlumatlar daxil olduğunu deyib.

Öz növbəsində, Penitensiar Xidmət cəzaçəkmə müəssisələrində aclıq aksiyası ilə bağlı məlumatları təsdfiq etmir.

Mehman Hüseynov da daxil olmaqla bütün siyasi məhbuslar həbsdən azad edilməlidir.
Oqtay Gülalıyev, hüquq müdafiəçisi

“Heç bir cəzaçəkmə müəssisəsində aclıq aksiyası keçirilmir,” Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov yanvarın 14-də bildirib.

Həbsdə olan bloger Mehman Hüseynova qarşı 2018-ci il dekabrın 26-da yeni cinayət işi başlanılıb. O, 14 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşına xəsarət yetirməkdə ittiham olunur. Bloger ittihamın yalan və böhtan olduğunu bildirib.

O, dekabrın 26-dan etiraz olaraq quru aclığa başladığını bəyan edib. Hazırda bloger su içsə də, qida qəbulundan imtina etməkdə davam edir.

Mehman Hüseynov 2017-ci il martın 3-də 2 il azadlıqdan məhrum edilib. O, Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında cəzalandırılıb - polisə böhtan atmaqda təqsirli bilinib.

Hüseynov həbsinin sosial şəbəkələrdə yaydığı ifşaedici videolarla bağlı olduğunu bildirib.

Blogerə dəstək aksiyaları ara vermir. Müsavat Partiyasının mənzil-qərargahında blogerə dəstək məqsədi ilə ictimaiyyətin nümayəndələri yanvarın 2-dən aclıq aksiyası keçirir. Berlində Azərbaycan səfirliyi qarşısında və Avropanın digər şəhərlərində dəstək aksiyaları olub.

Milli Şura yanvarın 19-na “Mehman Hüseynov və bütün siyasi məhbuslara azadlıq” tələbi ilə mitinq təyin edib.

Siyasi məhbusların aclığa başlaması barədə müraciəti (Foto Xədicə İsmayılın facebook səhifəsindəndir))
Siyasi məhbusların aclığa başlaması barədə müraciəti (Foto Xədicə İsmayılın facebook səhifəsindəndir))

Yanvarın 13-də hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınan İlkin Rüstəmzadə, Bayram Məmmədov, Elçin İsmayıllı və Əhsən Nuruzadə həbsxanada aclıq aksiyasına başladıqları barədə müraciət yayıb.

“Mehman və digər hər kəs üçün bu gündən etibarən müddətsiz aclıq aksiyasına başlayırıq və bütün siyasi məhbusları bizə qoşulmağa çağırırıq,” onların müraciətində deyilir.

Ailə üzvləri Facebook statuslarında bildirib ki, yanvarın 14-dən 2 saylı cəzaçəkmə müəssisəsində siyasi və vicdan məhbusu kimi tanınan Fikrət Fərəməzoğlu, Qiyas İbrahim, Rəşad Ramazanov da aclıq aksiyasına qoşulub.

Beynəlxalq ictimaiyyət də blogerə dəstək verməkdə davam edir.

ABŞ senatoru Marko Rubio, ABŞ Helsinki Komissiyasının həmsədri Kris Smit, ATƏT-in və Avropa Şurasının media azadlığı üzrə komissarları, Avropa Şurası Paplament Assambleyasının Azərbaycan üzrə məruzəçiləri, Fransa Xarici İşlər Nazirliyi, Böyük Britaniya parlamentinin üzvü, çoxsaylı beynəlxalq təşkilatlar Azərbaycan hökumətini Mehman Hüseynovu həbsdən azad etməyə çağırıb. Yanvarın 11-də Avropa İttifaqına daxil olan ölkələrin Bakıdakı səfirliklərinin diplomatları 1 saylı Bakı İstintaq Təcridxanasında Mehman Hüseynovla görüşüb.

Mehman Hüseynova azadlıq
Mehman Hüseynova azadlıq

Azərbaycan rəsmiləri ölkədə insan hüquqlarının durumu ilə bağlı beynəlxalq tənqidləri qəbul etmir, qərəzli sayır. Rəsmi Bakı bir qayda olaraq bütün fundamental azadlıqların tam təmin edildiyini, siyasi məhbusların olmadığını bildirir.

Bununla yanaşı, yerli hüquq müdafiəçiləri 150 nəfəri siyasi məhbus elan edib. Beynəlxalq təşkilatlar 10 jurnalist və blogerin həbsdə olduğunu bəyan edib. Amnesty International ondan çox insanı vicdan məhbusu elan edib.

Avropa Şurasının Parlament Assambleyası Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi təyin edib.

Hazırda Azərbaycan məhkəmlərində azı iki baş redaktorun (Bastainfo.com saytının redaktoru Mustafa Hacıbəyli, criminal.az saytının redaktoru Anar Məmmədov) cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Heyvan haqları fəalı Kamran Məmmədli COP29 tədbiri zamanı saxlanılıb
please wait

No media source currently available

0:00 0:10:32 0:00
XS
SM
MD
LG