Accessibility links

OPEC neft hasilatının azaldılmasını nəzərdən keçirir


OPEC neft hasilatını azaltmağı nəzərdən keçirir
please wait

No media source currently available

0:00 0:02:19 0:00

OPEC və tərəfdaşları gündəlik neft hasilatını 1.4 milyon barrel azaltmaq təklifini müzakirə edir, lakin Rusiyanın bu plana qoşulmayacağı gözlənilir.

Azalan tələbat, eləcə də Səudiyyə Ərəbistanı, Rusiya və Birləşmiş Ştatların rekord təchizatı səbəbilə neft qiymətlərinin düşməsindən narahat olan Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC) bir neçə ay öncə hasilatı artırmasına baxmayaraq, qurum indi bunun tam əksini planlaşdırır.

Bu cür dəyişiklik ABŞ prezidenti Donald Trampı qəzəbləndirə bilər. O, bazar ertəsi OPEC-i hasilatı azaltmamağa çağırıb. Hasilatı azaltmaqla OPEC həmçinin bazardakı hissəsini Birləşmiş Ştatlara itirmək riski ilə üzləşə bilər. Bu səbəbdən də bəzi mənbələr Rusiyanın bu addımı dəstəkləmək istəmədiyini bildirir.

Səudiyyə Ərəbistanının Enerji naziri Xalid Əl-Falih
Səudiyyə Ərəbistanının Enerji naziri Xalid Əl-Falih

Qiymətlərdə kəskin azalma neft bazarı iştirakçılarının bir çoxunu təəccübləndirib. Brent xam neftinin qiyməti oktyabr ayında bir barrelinə rekord 86 dollardan çərşənbə günü 66 dollara düşüb. Bundan bir neçə həftə öncə isə təhlilçilər neftin qiymətinin barrelinə 100 dollar olacağını təxmin edirdi.

Danışıqların gizli keçirilməsi səbəbilə, adlarının açıqlanmasını istəməyən mənbələr bildirib ki, bazar günü Əbu Dabidə Səudiyyə Ərəbistanı, OPEC üzvü olmayan Rusiya və digər ölkələrin enerji nazirlərinin müzakirə etdiyi bir çıxış yolu gündəlik neft hasilatını 1.4 milyon barrel azaltmaq olub, bu isə bütün dünyadakı tələbatın 1.4 faizini təşkil edir.

OPEC və Rusiyanın başçılığı ilə OPEC üzvü olmayan bir qrup ölkə 2017-ci ilin başlanğıcından bəri neft təchizatını azaltmaq üçün əməkdaşlıq edirdi. Lakin Trampın qiymətləri azaltmaqla bağlı təzyiqlərindən sonra onlar nefti azaltmaq sürətlərini yavaşladıb.

OPEC-in başçılığı ilə əldə olunan bu razılıq 2014-cü ildə Birləşmiş Ştaltlar və qrupa üzv olmayan digər ölkələrin təchizatını artırması nəticəsində yaranan ifrat neft təchizatını aradan qaldırıb. O zaman OPEC-in təchizatı da artıb və Səudiyyənin neft naziri Əli Əl-Nəimi bazardakı hissəsini qorumaq məqsədilə OPEC-in təchizatının azalmasının qarşısını alıb.

Rusiyanın əsas xam neft istehsalçısı Rosneft
Rusiyanın əsas xam neft istehsalçısı Rosneft

Bu dəfə isə Səudiyyənin enerji naziri Xalid Əl-Falih neft təchizatını gündəlik 1 milyon barrel azaltmaq ehtiyacı barədə danışıb. OPEC 2019-cu il siyasətini müəyyən etmək üçün dekabrın 6-da bir araya gələcək.

2019-cu ildə OPEC-in başçılığı ilə hasilatın azalması ABŞ-da şist nefti hasilatına təkan verəcək. Bu isə 2014-cü ildəki ssenarinin yenidən təkrarlanmasına gətirib çıxara bilər.

Neft qiymətləri çərşənbə axşamı iyul ayından bəri ilk dəfə olaraq bir gün ərzində 6.6 faiz azalıb, çərşənbə günü isə bir az artıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Heyvan haqları fəalı Kamran Məmmədli COP29 tədbiri zamanı saxlanılıb
please wait

No media source currently available

0:00 0:10:32 0:00
XS
SM
MD
LG