Accessibility links

On minlərlə nümayişçi bu gün Yəmən paytaxtının küçələrində yürüş ediblər


On minlərlə nümayişçi bu gün Yəmən paytaxtının küçələrində yürüş ediblər
On minlərlə nümayişçi bu gün Yəmən paytaxtının küçələrində yürüş ediblər

Cənab Saleh meydanda toplaşan tərəfdarlarına müraciət edərək Yəmən xalqını öz qanı bahasına qoruyacağına söz verib

On minlərlə nümayişçi bu gün Yəmən paytaxtının küçələrində yürüş ediblər. Nümayişçilərin bəziləri hökumətə dəstək ifadə edib, digərləri isə hökumətin əleyhinə çıxış ediblər.

Səna universitetinin qarşısına toplaşan anti-hökumət nümayişçilər 32 il ölkəyə rəhbərlik etmiş prezident Əli Abdullah Salehin dərhal istefa verməsini tələb ediblər.

Prezidentin tərəfdarları Sabyin meydanında bir araya gəliblər. Onlar əllərində Yəmən bayraqları dalğalandırmış və şüarlar qışqırmışlar. Cənab Saleh meydanda toplaşan tərəfdarlarına müraciət edərək Yəmən xalqını öz qanı bahasına qoruyacağına söz verib.

Cənab Saleh bir gün əvvəl vətəndaşları həmrəylik nümayişinə çağıraraq qəbilə başçılarını, ruhanilər, və başqa tərəfdarlarını nümayişə cəlb edib.

XS
SM
MD
LG