Accessibility links

ABŞ 10 dollarlığının dizaynı dəyişir


2020-ci ilə ABŞ-ın 10 dollarlıq əskinazlarında tanınımış ABŞ qadının portreti təsvir olunacaq.

Yeni şəkil 1920-ci illərdən bəri 10 dollarlıq əskinazlarda təsvir olunan ölkənin ilk maliyyə naziri Aleksandr Hamiltonun şəklini əvəz edəcək.

Yenidən dizayn olunmuş valyuta qadınlara səsvermə hüququnu tanıyan konstitusiya dəyişikliyinin 100-cü ildönümündə dövriyəyə buraxılacaq.

Maliyyə naziri Ceykob Lyu deyib ki, sosial mediada yeni valyutanın üzərində kimin şəklinin olacağı ilə bağlı ideyaları bölüşmək üçün “Yeni 10” adlı kampaniya başladılıb. Lyu yekun qərarını bu ilin sonu açıqlayacaq.

Ötən ay “20-liyin üzərinəki qadınlar” adlı onlayn səsvermə kampaniyasında iştirak edənlərin əksəriyyəti 20 dollarlıq əskinazın üzərində ABŞ-ın yeddinci prezidenti Endryu Ceksonun şəklinin əvəzinə 19-cu əsrdə quldarlığın ləğvinin tərəfdarı olan Harriet Tubmanin şəklinin olmasına səs veriblər.

ABŞ kağız valyutasının üzərində 1896-cı ildən bəri qadın rəsmi təsvir olunmayıb. 1896-cı ildə isə ABŞ-ın ilk prezidentinin həyat yoldaşı Marta Vaşinqtonun rəsmi bir dollarlıq gümüş sertifikatda təsvir olunub.

XS
SM
MD
LG