Ombudsman Elmira Süleymanova mayın 13-də əvvəlcədən xəbərdarlıq etmədən Milli Təhlükəsizlik Nazirliyinin müvəqqəti saxlama yeri və istintaq təcridxanasına baş çəkib. Başçəkmədə məqsəd saxlama şəraiti və rəftarın araşdırılması, saxlanılan şəxslərin hüquqlarının təmin olunması vəziyyətinin öyrənilməsindən ibarət olub, bu barədə Ombudsman Aparatı məlumat yayıb.
Xüsusən, Süleymanova jurnalist Rauf Mirqədirov, hüquq müdafiəçisi Arif Yunus, ilahiyyatçı Elşən Mustafayev və başqaları ilə görüşüb.
Məlumatda deyilir ki, görüşlər zamanı onlar saxlanma şəraitindən və onlara qarşı davranışdan şikayət etməyiblər, keyfiyyətli qida və tibbi xidmətdən razılıqlarını bildiriblər.
“İstintaq təcridxanası rəhbərliyinə saxlama şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı tövsiyələr verilib”-deyə ombudsmanın mətbuat xidməti bildirir.