Accessibility links

Ombudsman Aparatının “rəftardan və saxlanma şəraitindən narazı deyillər” məlumatına əks reaksiyalar


Həbsxana
Həbsxana

Ombudsman Aparatının Milli Preventiv Qrupunun üzvləri Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında və İxtisaslaşmış Müalicə Müəssisəsində saxlanılan siyasi və ictimai fəallarla görüş keçirib. Vəkil və keçmiş məhbus Ombudsman Aparatının məlumatının bir qayda olaraq reallığı əks etdirmədiyini bildirir.

Baki istintaq təcridxanası
Baki istintaq təcridxanası

Ombudsman Aparatı: Mehdi İbrahimov yemək qəbulundan imtina edəcəyini bildirib

Ombudsman Aparatının məlumatına görə, Bakı İstintaq Təcridxanasına və Müalicə Müəssisəsinə başçəkmə çərçivəsində müəssisədə saxlanılan bir çox təqsirləndirilən şəxslər konfidensial qaydada qəbul edilib və onların müraciətləri dinlənilib.

Qəbul edilənlər sırasında Bakı İstintaq Təcridxanasında saxlanılan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalları Fuad Qəhrəmanlı, Məmməd İbrahim, Asif Yusifli, Bəxtiyar İmanov, Ayaz Məhərrəmov, Telman Seyfullayev, Seymur Əhmədov, İsmayıl Həsənov, Ceyhun Novruzov, Məhəbbət Nağıyev və ictimai fəal Fərid Abadov, həmçinin İxtisaslaşmış Müalicə Müəssisəsində saxlanılan Mehdi İbrahimov (Yeni Azərbaycan Partiyasının üzvü, AXCP fəalı Məmməd İbrahimin oğlu), ictimai fəallar Nicad İbrahim, Nicat Əlizadə, AXCP fəalları Məhəmməd İmanlı və Vüqar Vəliyev olub.

Qəbul edilmiş şəxslərdən yalnız Mehdi İbrahimov barəsində aparılan istintaqın gedişindən narazılığını əsas göstərərək yemək qəbulundan imtina edəcəyini bildirib, eyni zamanda, səhhətindən şikayətlənib.

“Qəbullar zamanı adıçəkilən təqsirləndirilən şəxslər müəssisədə onlarla rəftardan və saxlanma şəraitindən şikayət etməyiblər. Barələrində aparılan istintaqla bağlı qaldırdıqları məsələlər üzrə hər birinə hüquqi məsləhətlər verilib.

Qəbul edilmiş şəxslərdən yalnız Mehdi İbrahimov barəsində aparılan istintaqın gedişindən narazılığını əsas göstərərək yemək qəbulundan imtina edəcəyini bildirib, eyni zamanda, səhhətindən şikayətlənib. Qeyd olunmalıdır ki, tövsiyə əsasında müəssisədə tibbi xidmətin əlçatanlığı təmin edilməklə 24 saat ərzində həkim nəzarəti təşkil olunub, psixoloq konsultasiyaları da aparılır,” məlumatda qeyd edilir.

Aqil Layıcov
Aqil Layıcov

Vəkil: Mənim Mehdi İbrahimlə görüşümü əlçatmaz ediblər

Aqil Layıc İxtisaslaşmış Müalicə Müəssiəsində saxlanılan Mehdi İbrahimin vəkilidir. Vəkil Ombudsman Aparatının Mehdi İbrahimlə bağlı məlumatına şübhə ilə yanaşır.

Aqil Layıc: Mənim Mehdi İbrahimlə görüşümü əlçatmaz ediblər
please wait

No media source currently available

0:00 0:01:57 0:00

“Ombudsman Aparatının yaydığı məlumata şübhə ilə yanaşıram. Mən dünən Mehdi İbrahimlə görüşmək üçün İxtisaslaşmış Müalicə Müəssisəsinə getmişdim. Məni hüquqlarını müdafiə etdiyim Mehdi İbrahimlə görüşə buraxmadılar ki, onun səhhəti ilə tanış olum. Ombudsman obyektiv araşdırma üçün mənim iştirakımı da təmin etməli idi. Amma, hazırda mənim Mehdi İbrahimlə görüşümü əlçatmaz ediblər. İki dəfə müraciət etmişəm, görüşümüzə icazə verməyiblər,” vəkil Amerikanın Səsinə deyib.

Bizdə olan məlumata görə, Mehdi İbrahim artıq bir neçə gündür aclıq aksiyasına başlayıb.

Vəkil Ombudsman Aparatının Mehdi İbrahimin qidadan imtina edəcəyi barədə məlumatının da reallığı əks etdirmədiyini deyib.

“Bizdə olan məlumata görə, Mehdi İbrahim artıq bir neçə gündür aclıq aksiyasına başlayıb. Mən dünən görüşmək istəyirdim ki, ailəsinin istəyi ilə onun aclığı dayandırmasına çağırım. Onun səhhətində problemlər yaranıb.”

Layıc hesab edir ki, Mehdi İbrahim COVİD-19 infeksiyasına yoluxmayıb.

“Onu xəstə olmadığı halda aparıb İxtisaslaşmış Müalicə Müəssisəsinə yerləşdiriblər. Orada ondan test nümunələri götürülüb. Həkim bizə deyib ki, onun testinin nəticələri neqativ çıxıb, onda koronavirusun simptomları da yoxdur,” Aqil Layıc deyib.

AXCP funksioneri Məmməd İbrahimin iqtidarada olan Yeni Azərbaycan Partiyasının üzvü olan oğlu Mehdi İbrahim iyulun 14-15-də Azərbaycan Ordusunun müdafiəsi məqsədi ilə keçirilən aksiya zamanı yaranan insident faktı barədə cinayət işi üzrə saxlanılıb. Onun barəsində karantin qaydalarını pozaraq COVID-19 infeksiyasını yaymaq ittihamı ilə 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Müdafiə tərəfi Mehdi İbrahimin insident törədənlərin arasında olmadığını və bunu sübut edən hər hansı video, foto faktın olmadığını bildirir. Mehdi İbrahimin ailəsi onun COVID-19 iinfeksiyasının daşıyıcısı olmadığını və karantinə alınmadığını deyib.

Mehdi İbrahimin həbsindən sonra onun atası Məmməd İbrahimə qarşı Cinayət Məcəlləsinin 186.2.1-ci (zərər çəkmiş şəxsə böyük ziyan vurmaqla əmlakın qəsdən məhv edilməsi və ya zədələnməsi), 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətlərin təşkili və ya belə hərəkətlərdə fəal iştirak), 315.1-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət və ya zorakılıq tətbiq etmək) və 278.1-ci (hakimiyyətin zorla ələ keçirilməsinə yönələn hərəkətlər) maddələri üzrə ittiham irəli sürülüb.

Pərviz Həşimli
Pərviz Həşimli

Keçmiş məhbus: Onlar işgəncə faktlarını gizlətməyə çalışırdılar

Jurnalist Pərviz Həşimli Bakı Ağır Cinayətlər Məhkəməsinin 2014-cü il 15 may tarixli hökmü ilə 8 il həbsə məhkum edilib. O, 2016-cı ilin martında prezidentin əfv sərəncamı ilə azadlığa buraxılıb. Yerli hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus, Amnesty International tərəfindən vicdan məhbusu kimi tanınan jurnalist həbs zamanı dəfələrlə işgəncələrə məruz qaldığını bildirib.

Pərviz Həşimli: Onlar işgəncə faktlarını gizlətməyə çalışırdılar
please wait

No media source currently available

0:00 0:01:49 0:00

Həşimli bir neçə dəfə ombudsmana işgəncəyə məruz qaldığı ilə bağlı məlumat verib, lakin Ombudsman Aparatının o zaman yaydığı məlumatlarda bu əksini tapmayıb.

Azərbaycanda işgəncələr istintaq otaqlarında, yəni həbs edilən şəxslərə işgəncə ilkin günlərdə verilir. Sonradan gəlib hansısa saxlanma təcridxanasında sual verirlər ki, saxlanma şəraitin necədir, burada işgəncə verirlərmi.

“Təbii ki, mənim söylədiklərimlə Ombudsman Aparatının yadığı məlumatlar bir-birinə uyğun gəlmirdi. Onlar işgəncə faktlarını gizlətməyə çalışırdılar. Burada bir incə məqam var. Azərbaycanda işgəncələr istintaq otaqlarında, yəni həbs edilən şəxslərə işgəncə ilkin günlərdə verilir. Sonradan gəlib hansısa saxlanma təcridxanasında sual verirlər ki, saxlanma şəraitin necədir, burada işgəncə verirlərmi. Beləliklə, ictimaiyyətə çaşdırıcı məlumatlar verirlər. Məsələn, mənə işgəncə veriləndən sonra Amnesty İnternational bəyanat verərək Azərbaycan hökumətindən Pərviz Həşimliyə qarşı işgəncələrin dayandırılmasını tələb etmişdi. Bundan sonra ombudsmanın özü və İşgəncələr Əleyhinə İctimai Komitənin sədri istintaq təcridxanasına gəlib mənə sual verdilər ki, təcridxanada işgəncəyə məruz qalırsanmı, yemək, su verirlərmi. Yəni belə məntiqsiz suallar verdilər. Mən onlara izah etməyə çalışdım ki, işgəncəni aparıb Antiterror Mərkəzinin idarəsində verirlər. İşgəncəni istintaq otaqlarında verirlər. İşgəncə vermək nəzarətçinin işi deyil. İşgəncəni tamamilə fərqli insanlar verir. Ona görə də mən ombudsmanın səmimiyyətinə inanmıram. Azərbaycanda işgəncə olub, var və yəqin ki, bundan sonra da olacaq,” keçmiş məhbus Həşimli Amerikanın Səsinə bildirib.

Öz növbəsində, Azərbaycan hüquq mühafizə orqanları və Penitensiar Xidmət insanların tutulma və isitntaq zamanı, eləcə də saxlanma yerlərində işgəncəyə məruz qalması ilə bağlı deyilənləri qəbul etmir və "uydurulmuş qərəz" adlandırır.

Dünyaya Baxış

Dünyaya Baxış. Suriya hakimiyyəti ölkədəki silahlı qrupların ləğv ediləcəyni bildirir
please wait

No media source currently available

0:00 0:11:30 0:00
XS
SM
MD
LG