Accessibility links

Ombudsmanın nümayəndələri erməni hərbçisinə baş çəkib


Erməni hərbçisi ağ bayraq qaldırıb
Erməni hərbçisi ağ bayraq qaldırıb

Ombudsman Aparatının Milli Preventiv Qrupunun (MPQ) üzvləri Müdafiə Nazirliyinin Hauptvaxtına əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçirib. Bu barədə Ombudsman Aparatı məlumat yayıb.

Məlumatda deyilir ki, başçəkmədə məqsəd məlumata görə 2019-cu il, avqustun 12-si səhər saatlarında cəbhənin Füzuli rayonu istiqamətində fərarilik etmiş erməni hərbi qulluqçusu Kazaryan Aro Xaykoviçin saxlanılma şəraitinin və rəftarın araşdırılması, onun hüquqlarının təmin olunması vəziyyətinin öyrənilməsi olub.

“Kazaryanla tərcüməçinin iştirakı ilə söhbət zamanı o, həkim müayinəsindən keçdiyini, səhhətinin normal olduğunu, saxlanılma şəraitidən, onunla rəftardan və qida təminatından razı qaldığını, ona qarşı insan hüquqlarının pozulmasına yol verilmədiyini və hər hansı bir şikayətinin olmadığını bildirib,” məlumatda qeyd edilir.

Erməni hərbçisi Aro Kazaryan avqustun 12-də cəbhənin Füzuli rayonu istiqamətində Azərbaycan hərbçiləri tərəfindən saxlanılıb. Azərbaycan Müdafiə Nazirliyi Kazaryanın ağ bayraq qaldıraraq Azərbaycan tərəfinə keçdiyini bildirib.

XS
SM
MD
LG