Accessibility links

Oman: İsraili qəbul etmək vaxtıdır


İsrail baş naziri Benyamin Netanyahu və Oman sultanı Qabus bis Said
İsrail baş naziri Benyamin Netanyahu və Oman sultanı Qabus bis Said

Oman İsraili qəbul edilmiş Yaxın Şərq dövləti kimi təsvir edib. Bu, İsrailin baş nazirinin ölkəyə gözlənilməz səfərindən sonra baş verib. Vaşinqton isə öz növbəsində bu addımının regiondakı sülh səylərinə yardım edə biləcəyini deyib.

Oman İsrail və fələstinlilərin bir araya gəlməsi üçün təkliflər irəli sürür, lakin bu mövzuda vasitəçi kimi iştirak etmir. Bu sözləri sultanlığın xarici işlər naziri Yusuf bin Alavi bin Abdullah Bəhreyndə keçirilən təhükəsizlik sammiti zamanı söyləyib.

“İsrail regionda mövcud olan dövlətdir və biz bunu anlayırıq.” – deyə Alavi bildirib. “Dünya bu faktdan xəbərdardır. Bəlkə indi İsrailin də eyni cür dəyərləndirilməsi və eyni cür öhdəliklərlə çıxış etmək zamanıdır.”

Bu şərh İsrail baş naziri Benyamin Netanyahunun Omana nadir səfərindən sonra səslənib. Baş nazirin səfəri fələstinlilərin prezidenti Mahmud Abbasın körfəz dövlətinə üç günlük səfərindən sonraya təsadüf edib. Hər iki lider Oman sultanı Qabus ilə görüşüb.

“Biz demirik ki, yol daha asandır və güllərlə düzülüb. Lakin bizim prioritet bu münaqişəyə son qoymaq və yeni dünyaya doğru getməkdir.” – deyə sammit zamanı Oman xarici işlər naziri bildirib.

Nazir əlavə edib ki, Oman Yaxın Şərq sülhünə nail olunmasında Birləşmiş Ştatlara və prezident Donald Trampın səylərinə arxalanır.

Bəhreyinin xarici işlər naziri Xalid bin Əhməd Əl-Xalifa İsrail-Fələstin sülhünün təmin edilməsində Omanın səylərinə dəstəyini ifadə edib. Səudiyyə Ərəbistanı xarici işlər naziri Adel Əl-Cübeyn isə öz növbəsində İsrail ilə münasibətlərin normallaşdırılması üçün sülh prosesinin vacib olduğunu bildirib.

XS
SM
MD
LG