10 oktyabr - Ümumdünya Ölüm Cəzasına qarşı Mübarizə Günüdür. Avropa İttifaqı bütün hallarda və istənilən şəraitdə ölüm cəzasının tətbiq olunmasına qarşı çıxır. Ölüm cəzasının bütün dünyada ləğv edilməsi Aİ-nın insan hüquqları siyasətinin əsas məqsədlərindən biridir.
İttifaqın Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Komissiyanın vitse-prezidenti Ketrin Əşton deyib.
"Ölüm cəzası qəddar, qeyri-insani və bərpa olunmaz addımdır ki, insanın yaşamaq və ləyaqət kimi əsas haqlarını pozur. Heç bir hüquq sisteminin müdafiə olunmadığı ədalətin səhv hökmündən nəticələnən istənilən edam cəzası insan həyatının bərpa olunmaz itkisi deməkdir. Ölüm cəzası nə cəzalandırmağa çalışdığı cinayəti geri döndərə bilər, nə də qurbanın itkisini azalda bilər. Bu, keçmişin qalığı olmalıdır."
Avropa İttifaqı ölüm cəzasına qarşı mövqe tutduğunu dəfələrlə təkrarlayır və onun dünyada ləğv edilməsi üçün bəyanatlar, demarşlar və öz tərəfdaşları ilə insan hüquqları dialoqları kimi müxtəlif diplomatik vasitələrdən istifadə edir. Ölüm cəzasının ləğv edilməsinə doğru hərəkat İnsan Hüquqları və Demokratiyaya dair yeni qəbul edilmiş Strateji Çərçivə və Fəaliyyət Planı, eləcə də Demokratiya və İnsan Hüquqları üzrə Avropa Aləti (DİHAA) çərçivəsindəki əsas prioritetlərdən biridir.
Ölüm cəzasının dünyada ləğv olunması uğrunda qlobal hərəkət davam etdiyi zaman, dünyada cəzanın qaldığı 58 ölkədən 20-də həyata keçirilən ölüm cəzalarının həddi narahatlıq doğurur. Aİ ölüm cəzasının hələ də mövcud olduğu ölkələrdə onun istifadəsini tədricən azaltmağa və beynəlxalq səviyyədə razılaşdırılmış minimum standartlara hörmət etməyə çağırır.
Aİ-nın ölüm cəzasına qarşı kampaniyası Birləşmiş Millətlər Təşkilatı kimi çoxtərəfli formada eyni dərəcədə fəal olub, Birləşmiş Millətlər Təşkilatının 67-ci Ümumi Yığıncağının ölüm cəzasının istifadəsinə moratoriumun qoyulmasına dair qətnaməsinin qəbul edilməsinə şərait yaradır. Aİ bütün dövlətləri ölüm cəzasının ləğv edilməsi üçün BMT-nin ən fundamental aləti olan Mülki və Siyasi Hüquqlar haqda Beynəlxalq Paktın ikinci Fakültətiv Protokoluna qoşulmalarını təşviq edir.
Eləcə də vətəndaş cəmiyyəti təşkilatlarının ölüm cəzasının ləğv olunmasına yönəlmiş cəhdlərinə töhfə etməklə, Aİ ölüm cəzaları (və ya işgəncə və pis rəftar) üçün istifadə edilən malların ticarətini, eləcə də belə mallarla bağlı texniki yardımın göstərilməsini qadağan edən qaydalar qəbul edib.