İsrail məhkəməsi ölkənin sabiq baş naziri Ehud Olmerti 6 il həbs cəzasına məhkum edib. Cənab Olmert Qüdsün meri olduğu zaman rüşvət almaq ittihamı üzləşib.
Tel-Əviv məhkəməsinə gətirilən sabiq baş nazir hökmlə bağlı apelyasiya məhkəməsinə müraciət edəcəyini deyib.
Sabiq baş nazirin vəkili Eli Zohar deyib ki, cənab Olmert günahsız olduğunu iddia edir.
Mart ayının 31-də keçirilən məhkəmədə "Müqəddəs torpaq" adlı layihəyə əsasən Qüdsdə yeni yaşayış məntəqəsinin inşasına təkan vermək məqsədilə cənab Olmertə 160 min dollar rüşvət verildiyi ittihamı irəli sürülmüşdü.