Accessibility links

İranlılar bu gün parlament seçkilərində iştirak edir


Ölkə boyu iranlılar yeni parlament seçkilərində iştirak edir. Seçkilərin nəticəsi hansı mühafizəkar partiya üzvünün Prezident Mahmud Əhmədinejadı dəstəkləyib hansının dəstəkləmədiyini göstərəcək. Parlamentdə 290 yer uğrunda 3400 namizəd rəqabət aparır.

2009-cu ildə keçirilən mübahisəli prezident seçkilərindən sonra bu günkü seçkilər İranın əsas müxalifət və islahatçı qrupları tərəfindən boykot edilib. İranın mühafizəkar hökuməti və Dini lideri islahatçıların hərəkatının qarşısını aldı. 48-dən çox iranlı bu gün keçirilən seçkilərdə iştirak edə bilər. İranın Ali Dini lideri Ayatulla Əli Xomenei seçkilərdə iştrak nisbətinin yüksək olmasını İranın düşmənlərinə cavab adlandırıb və bunun onların məsajı çatdırak böyük dəyişiklik edəcəyini bildiri. Dini lider bu sözləri ilə İran iqtisadiyyatına qarşı sanksiyalar tətbiq edən qərb qüvvələrini nəzərdə tutub.

Bu İranda 2009-cu ildəki münaqişəli və hadisələrlə fərqlənən prezident seçkilərindən bəri ilk ümum xalq seçkiləridir. İranın iri müxalifət və islahatçı qrupları seçkiləri boykot edib. Ölkənin mühafizəkar hökuməti və dini rəhbərləri 2009-cu ildə Əhmədinejadın prezident seçilməsinə etiraz olaraq keçirilən nümaişlərdən sonra bu aksiyaların təşkilatçıları olan islahatçı qruplara qarşı qanlı divan tutdular.

İrandakı seçkilər barədə məlumatlar daxil olduqca Amerikanın səsi son məlumatları sizlərin diqqətinə çatdırmağa davam edəcək.

XS
SM
MD
LG