Oklahoma ştatının hakimi vərdiş yaradan ağrıkəsiciləri aldadıcı şəkildə reklam etdiyinə görə Johnson & Johnson (JNJ.N) şirkətini $572.1 milyon dollar cərimələyib. Hakim qərarı şirkətin yayılmaqda olan uyuşdurucu maddələrə qurşanma epidemiyası ilə əsaslandırıb.
Şirkəti məhkəməyə ştat baş prokurorluğu verib. Onların ilk olaraq tələb etdiyi kompensasiya məbləği xeyli artıq – $17 milyard dollar idi.
Gözlənti bu idi ki, cərimə $1.5 yaxud $2 milyard olacaq.
Johnson & Johnson şirkəti üzərində məhkəmə bütün ABŞ boyu uyuşduruc maddələr epidemiyası ilə üzləşən başqa ştatlar və şirkətlər arasında potensial məhkəmə çəkişmələri üçün mühüm göstərici sayılır.
“Gözlənti bu idi ki, cərimə $1.5 yaxud $2 milyard olacaq,” Jeffries & Co. şirkətinin səhiyyə xidmətləri üzrə strateqi Jared Holz bildirir. “$572 milyon qorxulduğundan xeyli az məbləğdir.”
J&J hökm üzrə appelyasiya məhkəməsinə müraciət edəcəyini bildirib.