Accessibility links

Oklahoma tornadosu necə yarandı [Video]


ABŞ-ın Oklahoma ştatındakı Newcastle şəhərində yerli sakinin çəkdiyi bu video onlarla adamın həyatına son qoyan tornadonun yaranmasını göstərir. Maşın dayanacağından çəkilən video tarla üzərində hava burulğanının əmələ gəlməsini və dağıdıcı qüvvə toplamasını lentə alır.

İlk öncə kiçik tornado kimi başlayan hava burulğanı sonradan saatda 300 kilometrə yaxın sürət toplayaraq tornadolar üçün nəzərdə tutulmuş ən yüksək kateqoriyaya (EF5) qalxır. Daha sonra Moore şəhərinə doğru irəliləyən tufan mətkəbləri və bir çox başqa binaları dağıdaraq azı 91 adamın ölümünə bais olur.

Metereoloqların verdiyi tərifə əsasən tornado sürətlə fırlanan dağıdıcı hava sütunudur ki, bu, isti hava şəraitində yerlə sıx kütləli bulud arasında təmas yaranarkən baş verir. Sütunun adətən dar ucu yerə dəyərək dağıntı törədir. Əksər hallarda tornadoların sürəti saatda 180 kilometrdən artıq olmur.

Oklahoma ştatı "Tornado Xiyabanı" kimi tanınan mərkəzi ərazidə yerləşir ki, bura Minnesota, Cənubi Dakota, Ayova, Nebraska, Kanzas və Texas ştatlarının düzən hissələrini əhatə edir. Yaz və yay fəsillərində bu ərazilərdə tez-tez dağıdıcı tornadolar baş verir.

XS
SM
MD
LG