Qubad İbadoğlu: "Neft Fondunun bir sıra layihələrində korrupsiyaya yol verilir"
Bakıda "Azərbaycanın gələcəyinə sərmayə: Müstəqil Rifah Fondlarının rolu" mövzusunda konfrans keçirilib. Dekabrın 29-da Neft Fondunun təsis edilməsindən 20 il ötür. İqtisadçı Qubad İbadoğlu bu illər ərzində neft gəlirlərinin idarə edilməsi haqqında çıxış edib. Qubad İbadoğlu Neft Fondunun büdcəsinin şəffaflığı ilə bağlı deyib ki, bununla bağlı fond öz informasiyaya çıxış siyasətini təkmilləşdirməlidir. Çünki Neft Fondu illərdir eyni informasiyaları paylaşmaqla məşğuldur. Neft fondunun layihələrinin şəffaflığına gəlincə isə, iqtisadçı hesab edir ki, ictimai nəzarətin təmin edilməməsinə görə bu layihələrin həyata keçirilməsində kifayət qədər haqlı sual yaranır. Neft Fondunun bir sıra infrastruktur layihələri var ki, onun icrasında korrupsiya hallarına yol verilir və bununla bağlı jurnalist araşdırmaları da mövcuddur.
Episodes
-
Noyabr 27, 2024
Ankarada “Qadına Qarşı Şiddətə Yox!” konfransı keçirildi
-
Noyabr 26, 2024
Rusiya Berlinin Almaniyada hərbi baza qurmasına etiraz edir
-
Noyabr 26, 2024
Tbilisidə ianə qutuları ilə ukraynalı qaçqınlara dəstək
-
Noyabr 26, 2024
Anar Məmmədli həbsdə saxlanılıb