Oktyabrın 8-də Vaşinqtonda Cons Hopkins Universitetinin Orta Asiya və Qafqaz İnstitunda “Neft bumunun idarə edilməsi - Azərbaycanın pul siyasəti” başlıqlı konfrans keçirilib. Tədbirin mühazirəçisi, Mərkəzi Bankın sədr müavini Xaqani Abdullayev Azərbaycanın pul siyasətinin neft bumu zamanı üzləşdiyi çətinliklərdən və neft gəlirlərinin istifadəsindən danışıb.
Azərbaycan rəsmisi öz çıxışında adambaşı ümumdaxili məhsulun hazırda 11,000 dollar olduğunu və 2020-ci ilədək bu rəqəmin ikiqat artacağının gözlənildiyini deyib. O, neft gəlirlərinin ölkəyə daxil olması ilə ticarət balansında 16% artım qeydə alındığını bildirib.
2006-cı ildə neft bumundan əldə edilən gəlirlərin 50 faizi ölkənin infrastrukturuna yönəldilib. Cənab Abdullayevin sözlərinə görə hal-hazırda Azərbaycanın infrastruktur təlabatlarının 80 faizi ödənilib. Bu üzdən o, 2014-cü ildə infrastruktura ayrılan büdcənin azaldılacağının nəzərdə tutulduğunu söyləyib.
Mərkəzi Bankın pul siyasətinin sabit məzənnə sistemi ilə hərəkət etdiyi, dünyada yaşanan böhrana qədər portfolionun əsasən ABŞ dollarına əsaslandığı və daha sonra diversifikasiya aparıldığı qeyd olunub.
Mərkəz Bankının əsas məqsədinin qiymət sabitliyi və bunun valyuta nəzarəti ilə deyil, dürüst pul siyasəti ilə həyata keçirilə biləcəyinin mümkün olduğu bildirilib.
Xaqabni Abdullayev deyib ki, hazıirda ölkədə işsizlik səviyyəsi 5 faiz təşkil edir. O, əlavə edib ki, neft istehsalının gələcək 10 ildə stabil qalacağı gözlənilir.