Ohayolu qadın prezident Barak Obamaya səs verdiyi üçün işdən kənarlaşdırıldığını iddia edir. Patrisia Kunkl Deytonda yerləşən Q-Mark Inc. şirkətini məhkəməyə verib. O, şirkətin prezidentinin Obamaya səs verən işçilərin işdən çıxarılacağı barədə xəbərdarlıq verdiyini deyir.
Şirkətin vəkili Brayan Uldermut Patrisia Kunklin iqtisadi səbəblər üzündən işini itirdiyini bildirib. “Mən əminəm ki, hamı müdafiə xərcələrinin qeyri-müəyyənliyindən xəbərdardır. Xanım Kunklin iddiası əsassızdır.”
Montqomeri məhkəməsinə fevral ayının 14-də müraciət edən iddiaçı 25 min dollar tələb edir. Şikayətdə Kunklın seçkilərdən bir gün sonra-fevralın 7-də kimə səs verdiyi haqda danışdığı və noyarbrın 9-da işdən kənarlaşdırıldığı iddia edilir.