Accessibility links

Oğuz Türk: Nüvə razılığından sonra İranın təhdid gücü artacaq [Audio-Müsahibə]


Oğuz Türk
Oğuz Türk

Güneyli diaspora fəalı Oğuz Türkün sözlərinə görə, İran və güclü dövlətlər arasında əldə edilmiş razılaşmadan sonra sanksiyaların aradan qaldırılması İslam Respublikasının zənginləşməsi və nəticədə qonşu dövlətlər, həm də ölkə daxilindəki qeyri-fars cəmiyyətlərə qarşı təhdid gücünün artmasına səbəb ola bilər.

Oğuz Türk: İran razılaşmadan sonra güclənəcək
please wait

No media source currently available

0:00 0:14:25 0:00

Güney Azərbaycan İstiqlal Partiyasının (GAİP) üzvü Amerikanın Səsi ilə söhbətdə razılaşmadan sonra İranın iqtisadi, hərbi və siyasi gücünün get-gedə artacağını proqnozlaşdırır.

Onun fikrincə, güneyli təşkilatlar yeni şərait və durumun öhdəsindən gəlmək üçün öncə güclü dövlətlərdən yardım ala bilməyəcəklərini anlamalı və ondan sonra öz strategiyalarını müəyyən etməlidirlər.

Razılaşmanın həm ABŞ, həm İranda necə qarşılandığını dəyərləndirən Oğuz Türk bu xüsusda bir çox məqamın gizli saxlandığını ifadə edir:

İslam İnqilabından sonraki proseslər göstərir ki İran bu pulu qonşularını təhdid etmək, bölgədəki gücü və nüfuzunu artırmaq və [qeyri-fars] millətlərin hüquqlarını azaltmaq istiqamətində istifadə edəcək.
Oğuz Türk

“Bu anlaşmanın bəzi yerləri hələ gizlidir. Biz bunun Amerika Senatı və İran Məclisinə nə şəkildə təqdim edildiyindən xəbərsizik. Ancaq bizə deyilən xüsusları dəyərləndirə bilirik.”

GAİP üzvü razılaşmanın əldə edilməsi üçün aparılan müzakirələrdə İran İslam Respublikasının müttəfiqləri olan Rusiya və Çinin oynadığı önəmli roldan söz edir.

O deyir ki, “Amerika dövləti öz mənfəətini və qlobal gücünü və orada millətinin və məmləkətinin mənfəətini düşünür. Elə deyil ki, Amerikanın İran, İranın milləti, ya İranın bütünlüyü ilə zati düşmənliyi olsun. Bununla birlikdə bunu da nəzərə almalıyıq ki, ruslar və çinlilər də burada var idilər və İranı da çox himayə edən onlar idi.”

Oğuz Türkün fikrincə, sanksiyaların aradan qaldırılması İranın keçmişdə dondurulan pullarının azad edilməsi və neftini keçmişdəki kimi sata bilməsinə yol açacaq.

“İslam İnqilabından sonraki proseslər göstərir ki, İran bu pulu qonşularını təhdid etmək, bölgədəki gücü və nüfuzunu artırmaq və [qeyri-fars] millətlərin hüquqlarını azaltmaq istiqamətində istifadə edəcək,” deyə o qeyd edir.

Kanadada mühacirətdə yaşayan güneyli fəalın söylədiklərinə görə, güclü dövlətlər bölgədə ancaq qeyri-türk və qeyri-ərəb qruplara dəstək verirlər.

“Heç bir yerdən gözləntimiz olmamalıdır, heç bir güc türklərə yardım etməyəcək,” deyə güneyli fəallar və təşkilatların bu durumun öhdəsindən gəlmək üçün öz ayaqları üstündə durmaq məcburiyyətində olduqlarını irəli sürür.

O, həmçinin türklər və ərəblər arasında əməkdaşlığın önəmindən danışır.

XS
SM
MD
LG