On altı il öncə, 2005-ci ilin martın 2-də araşdırmaçı jurnalist Elmar Hüseynov Bakıda evinin önündə güllənələrək öldürülüb. OCCRP təşkilatı yeni yaydığı hesabatında bildirir ki, yeni üzə çıxan sənədlər Hüseynovun ölümü ilə bağlı rəsmi istintaqda bir sıra qarışıqlıqların olduğunu və yanlış addımların atıldığını göstərir.
Hesabatda deyilir ki, Elmar Hüseynov 2005-ci ilin martın 2-də işdən evə qayıtdığı zaman onun mənzilinin qapısının önü həmişəkindən daha qaranlıq idi, çünki qapının üstündəki işıq yanmırdı. Elmar Hüseynov üçüncü mərtəbə qalxandan sonra qatil əlindəki yarı-avtomatik tapança ilə ona yeddi güllə açdı. Onlardan altısı Hüseynovun sinəsinin sol üst tərəfinə tuş gələrək, onun ölümünə səbəb oldu.
Hüseynov səndələyərək evinə çata bildi. Orada onu həyat yoldaşı, atası və bacısı gözləyirdi. Qapı açılınca Elmar Hüseynov yerə yıxıldı.
Hadisə ilə bağlı xəbərlər yayılmağa başlayınca, insanlar hadisə yerinə gəlməyə başladılar. Binanın önündə polislə birlikdə bir izdiham toplanmışdı. Elmar Hüseynovun dostu jurnalist Çingiz Sultansoy xatırlayır ki, birdən Elmar Hüseynovun həyat yoldaşı Ruşaniyə pəncərəni açıb “Onu öldürdürlər”- deyə, bağırdı.
Polis kənara çəkilərək jurnalistlər, qonşular və dostların yuxarı çıxıb, mənzilə daxil olmağına icazə verdi.
Elmar Hüseynov öz yazılarında siyasətçilərdən tutmuş böyük bizneslər kimi Azərbaycan elitasını hədəf alırdı. O, ölümündən uzun müdət öncə hədə-qorxular və təhdidlər alırdı. Ölümündən bəri isə dostları və ailəsi nüfuzlu şəxslərrin onu aradan qaldırmaq istədiyini skepulyasiya edirlər.
“Elmarın ölümündən öncə ona qarşı təzyiqlər jurnalistlərin qəsdən hədəf alındığı başqa ölklərdəki hallarla bənzərliklər daşıyır.” Hüseynovun qətlindən sonra Azərbaycana göndərilən keçmiş ABŞ diplomatı, hazırda isə Sərhədsiz Reportyorlar təşkilatının beynəlxalq kampaniyalar şöbəsinin direktoru vəzifəsində çalışan Rebekka Vinsent deyir.
OCCRP Elmar Hüseynovun ölümünün 16-cı ildönümdə onun qətli ilə bağlı yeni məlumatlar üzə çıxarıb. Təşkilatın bu məlumatları məhkəmə sənədləri və əldə etdiyi başqa sənədlərə, habelə istintaqa yardım etməyə dəvət olunan Federal Təhqiat Bürosunun dərc olunmayan hesabatına (FBI) əsaslanır.
Bu məlumatlarda 2005-ci ildən bəri atılan bir sıra “səhv və qarışıq addımlar” sadalanır. Təşkilat bu addımların çoxunun Hüseynovun qatil və ya qatillərini məsuliyyətə cəlb edtmək öhdəlilyinin olduğu Azərbaycan rəsmiləri tərəfindən atıldığını bildirir. OCCRP bildirir ki, məsələ həllini tapmayıb, əsas şübhəli şəxs hələ də azadlıqdadır, Azərbaycan hökuməti isə Hüseynovun ailəsinə istintaqın gedişatı ilə bağlı yanlış məlumat verib. Təşkilatın bildirdiyinə görə, onsuz da narahatedici olan bu məsələnin Azərbaycanda getdikcə məhdudlaşdırılan azad mətbuat üçün daha böyük nəticələri ola bilər.
Hesabatda deyilir ki, Elmar Hüseynovun nüfuzlu şəxslər tərəfindən susdurulduğuna dair söz-söhbət gəzməyə başlayandan sonra Prezient İlham Əliyev ailəsi və ya müttəfiqlərinin onun qətli ilə əlaqəsi olduğuna dair iddaları qəti surətdə rədd etdi və bu qətli Azərbaycan tarixində “qara ləkə” olaraq qınadı. O, məsələ ilə bağlı hərtəfəli istinfaqın aparılacağına söz verdi və ABŞ-ın Azərbaycana ozamankı səfiri Reno Harnişi çağıraraq ondan məsələni araşdırmağa ABŞ-ın Federal Təhqiqat Bürosunun esperktlərinin köməyini istədi.
FBI-ın Bakıda baş müstəntiqlər və Azərbaycan nazirləri isə görüşməsinə, hadisə yerini ziyarət etməsinə, mövcud dəlillər və ilkin tibbi ekspertiza nəticələrini nəzərdən keçirməsinə və əlavə dəlillər toplamasına baxmayaraq, təşkilat iddia edir ki, Azərbaycan rəsmiləri başından bəri Elmar Hüseynovun jurnalist fəaliyyətinə görə öldürülmə ehtimalına diqqət ayırmaq istəmirdilər.
FBI-ın qətllə bağlı hesabatı 2005-2008-ci illərdə toplanan məlumatlara əsaslanır ki, idarə bu qətli hökuməti “devirəcək dərəcədə”ciddi olduğunu bildirib. OCCRP-nin nəzərdən keçirdiyi hesabatda Hüquqi Ataşe Barayan Paarman istintaqla bağlı bəzi şübhələrini irəli sürür.
Bunlardan biri polisin qətlin baş verdiyi gün insanların hadisə yerində pilləkənlərdə qanın olduğu yerə gül qoymağına icazə verməsidir ki, bu, oradan qatilin ayaq izlərini almaq ehtimalını aradan qaldırıb.
Bundan əlavə hadisə yerində şəkillər hər hansı dəlillər ortadan qaldırılandan uzun müddət sonra çəkilib və dəlilləri toplayanlar da heç əllərinə əlcək belə taxmayıblar.
Paarman deyir ki, yerli müstəntiqlər Hüseynovun qapısının üzərindəki ləmpədən hər hansı əl izi almayıblar.
Buna baxmayaraq bəzi dəlillər də üzə çıxıb.
Qətldən bir gün sonra Hüseynovun evinin yaxınlığında 5.45 Baikal PSM yarı-avtomatik tapança tapılıb. Bundan bir müddət sonra bir az aralıda papaq da aşkar edilib.
Paarmann qətlin “tələsik və pəşəkar olmayan” şəkildə həyata keçirildiyini düşünsə də, deyir ki, o, Azərbaycan nazilərinin münasibətindən naharat idi, çünki onlar xarici ölkələrin Azərbaycanda xaos yaratmaq üçün Elmar Hüseynovun qətlinə göstəriş verdiyini irəli sürürdülər.
Paarmann yazıb ki, hökumət rəsmiləri bəzi şeyləri düz edirdilər. O, Azərbaycan müstəntiqlərinə bir sıra tövsiyələr etdiyini və onların bu tövsiyələri nəzərə alacaqlarını bildirdiklərini desə də, FBI-ın istintaqdan kənarlaşdırıldığını bildirir.
İnstintaqın ikinci ayında rəsmilər iki şübhəli şəxsi müəyyən edib: Tahir Xubanov və Teymuraz Əliyev. Onların hər iki Gürcüstan vətəndaşıdır, amma Elmar Hüseynovun qətlindən öncə onun evinin yaxınlığında mənzil kirayə götürüblər və daha sonra Azərbaycandan Gürcüstana geri dönüblər.
FBI Azərbaycan müstəntiqlərinin şübhəlilərin Bakıdakı mənzilindən tapdığı iki yastıqüzündən alınan DNT nümunələrini hadisə yerinin yaxınlığında tapılan papaqdan alınan DNT ilə eyni olduğunu müəyyən ediblər. Rəsmilər bu dəlilin şübhəlilərin qətllə əlaqəsi olduğuna işarət edityini bildirib. FBI bu dəlilin “güclü” olduğunu desə də, şübhəlilərdən hər hansının Hüseynovun jurnalistika fəaliyyəti ilə əlaqəsi olduğuna dair heç nəyin üzə çıxmadığını və bunun şübhəlilərin məqsədləri ilə bağlı bir müəmma yaratdığını bildirib.
Teymuraz Əliyev daha sonra Gürcüstanda tapılıb və 2006-cı ilin sentyabrında Gürcüstan hüquq-mühafizə orqanarı tərəfindən sorğu-sual edildiyi zaman qətllə əlaqəsi olduğunu inkar edib. FBI 2007-ci ilin yanvarında Əliyev üzərində poliqraf testi keçirməyi təklif edib.
Lakin FBI-ın ABŞ-ın Azərbaycana ozamankı səfiri Enn Dörsiyə ünvanladığı daxili məktubda FBI-ın Azərbaycanın "əməkdaşlığını" poliqraf testinin keçirilməsinə maneə olaraq göstərdiyi deyilir. FBI-ın hesabatında poliqraf testinin keçirildiyinə dair heç bir məlumat yoxdur.
Hüquqi Ataşe 2008-ci ilin sentyabrında Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyi ilə görüşündən sonra deyib ki, “nazirlik istintaqın dayandırdığını və onların FBI-ın yardımına ehtiyaclarının qalmadığını bildirib.” Lakin bundan bir neçə ay öncə nazirlik rəsmiləri iyul ayında Ruşaniyəyə qatilləri məsuliyyətə cəlb etmək üçün yorulmadan çalışdıqlarını bildiriblər.
Sərhəsiz Reportyorlar Təşkilatından Vinsent deyib ki, belə görünür ki, Azərbaycan rəsmiləri “qəsdən ədalətin təmin olunmasına maneə törədiblər." O əlavə edib ki, "sənədlər ədaləti təmin etmək üçün siyasi iradənin olmadığını və ya, daha pisi, cinayət istintaqını yayındırmaq və ona mane olmaq cəhdinin olduğunu göstərir."
OCCRP bildirir ki, Elmar Hüseynovu tanıyanlar onun qətlinə görə heç kəsin cəzalandırılmamasının Azərbaycanda mətbuat azadlığına ciddi ziyan vurduğunu deyir.
Elmar Hüseynovun öldürüldüyü zaman Norveçin Azərbaycandakı səfiri vəzifəsində çalışan Steyner Gil bunu açıq tənqid etmək və azad mətbuat dəyərlərini müdafiə etmək istəyən jurnalistlərə onların da risklə üzləşə bilcəklərinə dair xəbərdarlıq olduğunu bildirib.
“Bu gün Azərbaycanda mətbuat azadlığı yoxdur. Sıfırdır, yoxdur. Bundan sonra insanlar ‘əgər bu Elmarın başına gəldisə, hər kəsin başına gələ bilər” - deyə, düşünəcəklər,” o deyib.