Accessibility links

ABŞ prezidenti Krım məsələsini müzakirə etmək üçün Hollandiyadadır


Birləşmiş Ştatlar prezidenti Barak Obama Böyük Yeddilərlə Rusiyanın Krımı ilhaqına beynəlxalq münasibəti müzakirə etmək üçün Hollandiyada səfərdədir. Haaqa şəhərində təşkil edilən təcili yığıncaq nüvə təhlükəsizliyi sammiti çərçivəsində keçirilir.

Təhlilçilər toplantıda Rusiya ordusunun bu ayın əvvəlində yarımadaya daxil olmasından sonra Qərbin Moskvaya qarşı tətbiq etdiyi sanksiyaların koordinasiyasının müzakirə olunduğunu güman edirlər. Onlar Moskvanın da cavab verə biləcəyini deyirlər. Barak Obama və ABŞ dövlət katibi Con Kerri Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşəcək.

Ukrayna bu gün bəyan edib ki, Rusiyanın Krımı ilhaqına görə, regiondan qoşunlarını çıxarır. Ölkədə prezident vəzifəsini icra edən Oleksandr Turçinovun bildirdiyinə görə, Müdafiə Nazirliyinə qoşunların Qara dəniz yarımadasından çıxarılması ilə barədə göstəriş verilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Suriya hakimiyyəti ölkədəki silahlı qrupların ləğv ediləcəyni bildirir
please wait

No media source currently available

0:00 0:11:30 0:00
XS
SM
MD
LG