Accessibility links

Yaponiya mətbuatı: Obama Hirosimanı ziyarət edəcək


Yaponiyanın aparıcı qəzetinin verdiyi məlumata görə, ABŞ prezidenti Barak obama gələn ay Böyük Yeddilərin sammitində iştirak etmək üçün Yaponiyaya səfəri zamanı Hirosima şəhərini ziyarət edəcək.

Hirosimanı ziyarət etməklə Obama ABŞ-ın İkinci Dünya müharibəsnin sonunda atom bombası atdığı şəhərə səfər edəcək hakimiyyətdə olan ilk Amerika prezidenti olacaq. Hirosimaya atom bombasının atılması nəticəsində 140 min insan həyatını itirmişdi. Bundan üç gün sonra ABŞ-ın Yaponiyanın liman şəhəri Naqasakiyə ikinci atom bombasını atması 70 min insanın həyatına son qoymşdur.

Gündəlik Nikkei qəzeti cümə günü adının açıqlanmadığı amerikalı mənbəyə istinadən xəbər verib ki, Yaponiyanın Baş naziri Şinzo Abe prezident Obamanı Hirosimada müşayiət edəcək.

ABŞ Dövlət katibi Böyük Yeddilərin xarici işlər nazirləri ilə Hirosimada
ABŞ Dövlət katibi Böyük Yeddilərin xarici işlər nazirləri ilə Hirosimada

Anonim mənbə qəzetə bildirib ki, Vaşinqtonda Yaponiyanı Obamanın Hirosimanı ziyarət etmək planları ilə bağlı gələn ay əvvəli məlumatlandıracaq.

Londondda Britaniyanın Baş naziri Deyvid kameronla birgə mətbuat konfransı zamanı Obamaya Hirosimaya səfərlə bağlı sual verilib. O, müxbirlərə deyib ki, Asiya ilə bağlı sualı verməzdən əvvəl onun Asiyaya səfər etməsini gözləsinlər.

Bu arada, Yaponiyanın nazirlər kabinetinin katibi Yoşihide Suqa Obamanın Hirosimaya səfəri haqda xəbərlərin doğru olmadığını deyib. Lakin o əlavə edib ki, atom bombası nəticəsində yaşayan fəlakətləri başa düşmək üçün dünya liderlərinin Hirosimanı ziyarət etmələri olduqca mühümdür.

Bundan əvvəl Con Kerri Hirosimanı ziyarət etmiş ilk ABŞ Dövlət katibi olub.
Kerri deyib ki, Hirosima Sülh abidəsi və muzeyindəki eksponatlar insanı olduqca məyus edir və onları hamıgörməlidir.

XS
SM
MD
LG