Accessibility links

Barak Obama: Ukraynanın müstəqilliyi və suverenliyinin qorunması olduqca mühümdür


Bu gün Ağ Evdə təşkil edlən brifinqdə ABŞ prezidenti Barak Obama Ukraynada cərəyan edən hadisələrlə bağlı müxbirlərin suallarını cavablandırıb.

Prezident Cenevrədə Ukrayna ilə bağlı müzakirələr zamanı əldə edilən razılığı yüksək qiymtələndirib. O deyib ki, Rusiya bu razılığa imza atıb. Lakin “biz Rusiyanın növbəti addımlarının nə olacağını görmək istəyirik”-deyə o bildirib.

ABŞ dövlət başçısı bildirib ki, Ukrayna iqtisadiyyatını dirçəltməli, demokratiya yolunda irəliləməklə ölkədəki vəziyyəti sabitləşdirməlidr.

“Biz Rusiyanın lazımı addımlar atmadığı təqdirdə, o ölkəyə qarşı ölçülər götürülməsini həftələrdir müzakirə edirdik. Biz Ukrayna hökumətinə yardım səylərimizi davam etdirəcəyik. Əvvəlcə də dediyim kimi Rusiyanın əməlləri Rusyanın özünə ziyan vurur. Artıq sanksiyalar təsirini göstərməkdədir. Belə getsə Rusiya iqtisadiyyatına ciddi ziyan dəyəcək. Ukraynanın müstəqilliyi və suverenliyinin qorunması olduqca mühümdür.”

ABŞ prezidenti Ukraynanın islahatlar yolu ilə irəliləməməsi, seçkilər və dialoq yolu ilə sabitliyi bərqərar etməsinin vacibliyini vurğulayıb. O, Rusiyanın mövqeyini dəyişməsinin mühümlüyünü önə çəkib.
XS
SM
MD
LG