ABŞ prezidenti Barak Obama amerikalıları bu gün Şükranlıq bayramı münasibətilə təbrik edib. Həftəlik mesajında cənab Obama ağır iqtisadi problemlərlə qarşılaşmış amerikalıları ölkənin böhrandan çıxa biləcəyinə inanmağa çağırıb.
Şükranlıq bayramı münasibətilə prezident Obama, onun iki qızı Saşa və Maliya, Amerikanın birinci xanımı Mişel Obama və onun anası Marian Robinson ehtiyacı olan insanlara ərzaq yardımı və yemək paylayıblar. Cənab Obama hamıya öz təbriklərini çatdırıb.