Accessibility links

Obama: Terror təhlükəsi bizi geri çəkilməyə məcbur etməyəcək


ABŞ prezidnti Barak Obama Kuala-Lumpurda mətbuat konfransı zamanı
ABŞ prezidnti Barak Obama Kuala-Lumpurda mətbuat konfransı zamanı

ABŞ prezidenti Barak Obama Cənubi Asiya ölkələri sammiti və Cənub-şərqi Asiya ölkələri Assosiasiyasının illik iclasında (ASEAN) yekun çıxışını terrorizmə qarşı güclü mesajla bitirib.

Kuala-Lumpuru tərk etməzdən əvvəl danışan prezident Obama deyib ki, Malayziya paytaxtında onun işinin əsas hissəsi terrorizmin yaratdığı aktual təhlükələrə həsr edilib. Prezident Obama Kuala-Lumpurda olduğu müddətdə Amerkanın region ölkələri ilə əməkdaşlıqda tərəqqiyə nail olunduğunu qeyd edib.
Cümə günü islamçı militantlar Malinin paytaxtı Bamakoda mehmanxanaya hücum keçirib. Bundan öncə, keçən həftə İslam Dövləti qrupunun militantları Parisdə 130 nəfərin ölümülə nəticələnən silsilə bomba hücumlarına görə məsuliyyəti öz üzərinə götürüb.
"Bu gün dünyanın bir çox ölkəsində ailələr Fransada və Malidə hücumlar nəticəsində əzizlərinin ağlasığmayan itkisinin kədərini yaşayır"-deyə prezident Obama bildirib.
Prezident Obama deyib ki, ABŞ-ın başçılığı ilə İslam Dövləti qrupuna qarşı mübarizə aparan 65 ölkədən ibarət koalisiya sakitləşməyəcək və əlavə edib ki, bəzi son terror hücumlarından sonra ekstremist qrupa qarşı mübarizəni intensivləşdirib.
"Hər bir ölkə, hər bir lider belə bir siqnal göndərməlidir ki, bir yığın qatil dünyanın həyat üçün əhəmiyyətli işlər görməsinin qarşısını ala bilməz"-deyə prezident Obama bildirib.
Amerika lideri müxbirlərlə bir saat sürən brifinqin əsas hissəsini terrorizmə qarşı mübarizə səylərinə həsr edib.
"Biz qorxu qarşısında geri çəkilməyəcəyik"-deyən Obama əlavə edib ki, terror təhlükəsi real olsa da, ayıqlıq göstərmək və insanların öz dəyərlərindən imtina etməsinə səbəb olan qorxu arasında fərq var.
"Biz qorxu qarşısında geri çəkilməyəcəyik, ya da bir-birimiz üz çevirib, dini, irqi və ya mənşəyinə görə bəzi insanlarla başqa şəkildə rəftar etməyə başlamayacağıq "-deyə prezident Obama təkidlə bildirib.

XS
SM
MD
LG