ABŞ prezidenti Barak Obama hesabat məruzəsində açıqladığı məqsədləri xalqa çatdırmaq üçün bu gün Viskonsin ştatına səfər edir. Dünən cənab Obama hesabat məruzəsində innovasiya, tədqiqat, inkişaf və infrastruktur sahələrinə investisiya etməyə çağırdı. Cənab Obama tədqiqat və təhsil sahələrində investisiyaların Birləşmiş Ştatlara böyük xeyir verəcəyini qeyd edib. Prezidentin məruzəsinə respublikaçıların cavabında Viskonsin ştatından konqresmen Pol Rayan Obama administrasiyasını israfçılıqda ittiham edərək deyib ki, innovasiya və rəqabətə davamlılığı təşviq etmək üçün bürokratiya arxalanmaq əvəzinə, ölkənin yeni kursa ehtiyacı var.