Accessibility links

Mişel Obama ABŞ-ın birinci xanımı kimi son çıxışını edib


Mişel Obama ABŞ-ın birinci xanımı kimi son çıxışı zamanı əsasən mühacir övladları olan gənclərə üz tutub.

"Bu ölkənin sizə məxsus olduğunu bilməlisiniz. Əgər siz və ya ailəniz mühacirdirsə, Amerika ənənəsinin bir hissəsi olduğunuzu bilməlisiniz. Yeni mədəniyyətlət, istedadlar, ideyaların ölkəyə axışı Amerikanı dünyada möhtəşəm bir ölkəyə çevirib"- deyə birinci xanım bildirib.

Yeni mədəniyyətlət, istedadlar, ideyaların ölkəyə axışı Amerikanı dünyada möhtəşəm bir ölkəyə çevirib

Ağ Evdə onun 2015-ci ildə başlatdığı məktəb direktorlarının şərəfləndirilməsi ənənəsinə əsasən keçirilən tədbirdə Mişel Obama qəhərlənərək öz uşaqlığından danışıb, atasının uşaqlarının təhsil alacağına dair ümidlərindən bəhs edib.

"Bu, kim olursa olsun, siyasətçi, valideyn, keşiş biz hamımızın gənclərə ötürəcəyimiz şey ümiddir. Ümidimiz gələcəyə və ağır əməyin nəticə verdiyinədir "- deyə Obama göz yaşları içərisində bildirib.

Ötən ay Mişel Obama Opra Uinfrinin talkshow-sunda "biz indi özümüzü fərqli hiss edirik" deyib.

"Artıq ümidimiz olduğunu hiss etmirik. Ümid çox mühümdür. Ümid olmadıqda uşaqlarımıza nə verə bilərik?"- deyə Mişel Obama sual edib.

XS
SM
MD
LG