Accessibility links

Obama Səudiyyə Ərəbistanı kralı ilə görüşəcək


ABŞ prezidenti Barak Obama və Səudiyyə Ərəbistanı kralı Salman Ağ və monarxiya arasında münasibətlərdə gərginlik fonunda görüş planlaşdırıb. Uzun müddətdir müttəfiq münasibətlərə malik iki ölkə arasında terrorizmə qarşı mübarizə və regional münaqişələrin həlli yolları ilə bağlı fikir ayrılıqları var.

Obama Səudiyyə Ərəbistanına ABŞ prezidenti kimi dördüncü səfəri zamanı Ər-Riyadda kral Salmanla görüşəcək.

Görüşün ardınca cümə axşamı günü Səudiyyə Ərəbistanı, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Bəhreyn və Omanın daxil olduğu Körfəz Əməkdaşlıq Şurası ölkələrinin sammiti keçiriləcək.

ABŞ prezidenti Barak Obama Körfəz Əməkdaşlıq Şurası ölkələrinin liderləri ilə 2015-ci ildə Kemp Deyviddə görüş zamanı
ABŞ prezidenti Barak Obama Körfəz Əməkdaşlıq Şurası ölkələrinin liderləri ilə 2015-ci ildə Kemp Deyviddə görüş zamanı

Lakin belə görünür, terrorizmə qarşı mübarizə və regionda sabitliyin yaradılması səyləri ilə bağlı prioritetlər və strategiyalarda fundamental fikir ayırlıqları Vaşinqton və Ər-Riyad arasında bir sıra mühüm məsələlərdə anlaşmanın əldə edilməsini çətinləşdirəcək.

Prioritetlərdə rəqabət

Birləşmiş Ştatlar və Avropa ölkələrinin böyük hissəsi İŞİD və Əl-Qaidəni region və bütün dünya üçün əsas təhlükələr hesab edir.

Körfəz ölkələrinin çoxu isə əsas təhlükə olaraq İranı və Tehranın dəstəklədiyi şəxslər və qrupları görür. Buraya Suriya prezidenti Bəşar Əl-Əsəd və Yəməndə Şiə Huti üsyançıları daxildir.

"Ərəb ölkələrinin əksəriyyəti üçün Əsəd İŞİD qədər ciddi təhlükədir. İran və İraqda şiələrin üstünlüyü İŞİD-dən daha ciddi təhlükə hesab edilir. Yəməndə Hutilər, İran və Ərəbistan yarımadasında Əl-Qaidə əsas təhlükələr olaraq qəbul edilir"-Təhlilçi Arli Börke

Əhalisinin əsas hissəsi sünnilərdən ibarət olan Səudiyyə Ərəbistanı Hutilərə qarşı böyük maliyyəyə başa gələn hərbi kampaniya aparır.

"Ərəb ölkələrinin əksəriyyəti üçün Əsəd İŞİD qədər ciddi təhlükədir. İran və İraqda şiələrin üstünlüyü İŞİD-dən daha ciddi təhlükə hesab edilir. Yəməndə Hutilər, İran və Ərəbistan yarımadasında Əl-Qaidə əsas təhlükələr olaraq qəbul edilir"-deyə Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində Strategiya şöbəsinin müdiri Arli Börke bildirib.

Ağ Ev bildirib ki, Obama və Körfəz Əməkdaşlıq Şurası ölkələrinin liderləri əməkdaşlığın gücləndirilməsi, eləcə də terrorizmə qarşı mübarizə, Yəmən və Suriyada sülh və sabitliyin bərqərar olması kimi qarşılıqlı maraq doğuran sahələrdə siyasətlər və yanaşmaların bir araya gətirilməsi məsələlərini müzakirə edəcək.

ABŞ və Səudiyyə Ərəbistanı arasında münasibətlər haqda sualların verildiyi müsahibədə Obama deyib ki, səudiyyəlilər İŞİD-ə qarşı mübarizədə ABŞ-ın yaratdığı təhlükəsizlik şəraitindən istifadə edib, problemin ağırlığını bölüşmür.​

Atlantic jurnalına müsahibədə Obama habelə deyib ki, Səudiyyə Ərəbistanı qonşuluq siyasətinə əsasə İranla birgə yaşayışı öyrənməlidir.

Ağ Ev rəsmiləri ABŞ prezidenti və kral Salmanın Obamanın Atlantic jurnalındakı açıqlamalarını müzakirə edib-etməyəcəyi haqda bir söz deməyib.

XS
SM
MD
LG