Accessibility links

Barak Obama: Seçkilər əyləncə və ya komediya şousu deyil


ABŞ prezidenti seçicilərin respublikaçı namizəd Donald Trampın sözlərini ciddi qəbul etmələrinin vacibliyini vurğulayıb. Barak Obama deyib ki, seçkilər əyləncə və ya komediya şousu deyil.

Ağ Evdə müxbirlərlə görüşü zamanı ABŞ dövlət başçısı prezidentliyə bütün namizədlərin standartlara cavab verməli və ciddi şəkildə araşdırma obyekti olmalarının mühümlüyünü önə çəkib.

Seçkilər əyləncə və ya komediya şousu deyil

​Obama seçkilərin media tərəfindən işıqlandırılmasının narahtlıq doğurduğunu bildirərək, bunun tamaşa və ya sirk olmadığını deyib.

President demokrat namizəd Berni Sandersi yarışları tərk etməyə çağırmayacağını bəyan edib. Lakin o, Sandersin şansının məhdud olduğunu da etiraf edib.

Obama deyib ki, kimin qalib gələcəyindən asılı olmayaraq, prioritetlər eyni olaraq qalacaq.

“Demokratlar arasında bir çox məsələlərdə konsensus olduğu sevindirici haldır" - deyə prezident bildirib.

Barak Obama demokratların Tramp əleyhinə kampaniyasının effektiv yolunun Obamanın respublikaçıların yol vermədiyi təkliflər olduğunu deyib. Prezident bunlar arasında səhiyyə proqramı və infrastrukturun yenilənməsi kimi məsələlərinin yer aldığını vurğulayıb.

XS
SM
MD
LG