Accessibility links

Obama: Türkiyə öz ərazisini qorumaq hüququna malikdir


ABŞ prezidenti Barak Obama Ağ Evdə Fransua Ollandla birgə mətbuat konfransında
ABŞ prezidenti Barak Obama Ağ Evdə Fransua Ollandla birgə mətbuat konfransında

Prezident Barak Obama deyib ki, Rusiyanın döyüş təyyarəsinin Suriya-Türkiyə sərhədində vurulması Rusiyanın Suriyada hərbi əməliyyatları ilə bağlı davam edən problemlərə dəlalət edir. ABŞ prezidenti əlavə edib ki, Türkiyə öz ərazisini və hava hövzəsini qorumaq hüququna malikdir.

Fransa prezidenti Fransua Ollandla birgə mətbuat konfransında danışan ABŞ prezidenti Türkiyənin Rusiyanın Su-24 təyyarəsini vurması ilə bağlı məlumatların toplanmağa davam etdiyini deyib, lakin Rusiyanın hərbi təyyarəsinin Türkiyə sərhədi yaxınlığında Suriya müxalifət qruplarını hədəf aldığını qeyd edib.

Prezident Obama tərəfləri gərginliyin artmasına gətirib çıxara biləcək addımlara yol verməməyə çağırıb və deyib ki, insident Suriya münaqişəsinin dipomatik yolla həllinin tapılmasının sürətləndirilməli olduğunu göstərir.

Rusiya prezidenti Vladimir Putin Türkiyəni Rusiyanı arxadan vurmaqda və terrorizmi dəstəkləməkdə ittiham edib.

Rəsmi Ankara bildirib ki, təyyarə Türkiyənin hava hövzəsini pozub və arada beş dəqiqə fasilə olmaqla 10 dəfə verilmiş xəbərdarlığa əhəmiyyət verməyb.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan onun ölkəsinin insidentin qarşısının alınması üçün əlindən gələni etdiyini və Türkiyənin öz sərhədlərini qorumaq hüququna hörmət edilməli olduğunu deyib.

ABŞ-ın müdafiə nazirliyinin sözçüsü Türkiyə pilotlarının dəfələrlə Rusiya tayyarəsinə xəbərdarlıq etdiyini və cavab almadığını bildirib. Lakin sözçü deyib ki, Rusiya təyyarəsinin sərhədin hansı tərəfindən olduğu dərhal aydın olmayıb.

Moskva təyyarənin Suriya ərazisini tərk etmədiyində təkid edir.

XS
SM
MD
LG