Accessibility links

Obama: Rusiyanın seçkilərə müdaxiləsini kifayət qədər "qiymətləndirməmişəm"


ABŞ prezidenti Barak Obama Rusiyanın dezinformasiya kampaniyası və demokratiyaya yönəlmiş haker hücumlarının təsirini kifayət qədər "qiymətləndirmədiyini"deyib. Amerika lideri bu açıqlamaları ABŞ-ın kəşfiyyat orqanlarının Rusiyanın Birləşmiş Ştatlarda prezident seçkilərinə müdaxilə etdiyi ilə bağlı nəticə çıxarmasından sonra verib.

Lakin Obama ABC tele kanalına müsahibəsində deyib ki, o, Rusiya prezidenti Vladimir Putinə kifayət qiymət vermədiyini düşünmür. ABŞ kəşfiyyatı Putinin Amerikada demokratik seçki sisteminə müdaxilə və prezident seçilmiş Donald Trampa məğlub olan demokrat namizəd Hillari Klintonu ləkələmək səylərinə göstəriş verdiyi haqda nəticə çıxarıb.

ABŞ kəşfiyyatının Rusiyanın Amerika seçkilərinə müdaxiləsi və hakerlik fəaliyyətlərinə dair hesabat
ABŞ kəşfiyyatının Rusiyanın Amerika seçkilərinə müdaxiləsi və hakerlik fəaliyyətlərinə dair hesabat

12 gündən sonra hakimiyyətdən gedəcək Obama müsahibədə deyib: "Mənim fikrimcə, mən bu yeni informasiya dövründə dezinformasiya, kompyuter hücumları və başqa əməllərin bizim açıq cəmiyyətlərimizə, sistemlərimizə, bizim demokratik proseslərimizə müdaxiləsinin nə dərəcədə təsir göstərə biləcəyini kifayət qədər qiymətləndirməmişəm."

ABŞ prezidentinin sözlərinə görə, o, kəşfiyyatın Rusiyanın haker hücumları haqda hesabatının ixtisar edilmiş variantının açıqlanması haqda ona görə göstəriş verib ki, "biz Putinin bunu Avropada arıtq bir müddətdir-əvvəlcə rus dilində danışan əhalinin sayının çox olduğu keçmiş satellit dövlətlərdə, sonra isə Qərbin daha böyük demokratik dövlətlərində-etdiyini başa düşək".

Biz bir-birimizə xatırlatmalıyıq ki, biz hamımız bir komandadayıq. Vladimir Putin bizim komandamızda deyil.
Barak Obama

ABŞ kəşfiyyat orqanları Rusiyanın Klintonun kampaniyasının rəhbəri Con Podestanın elektron poçtuna haker hücumu edərək, minlərlə email yazışmalarını WikiLeaks saytı vasitəsilə noyabrın 8-i seçkilərinə bir neçə həftə qalmış açıqladığı haqda nəticə çıxarıb. Emaillərin çoxu Klintonun mənsub olduğu partiyadan prezidentliyə namizəd olmuş Vermont senatoru Berni Sanders üzərində qələbə çalmasına kömək etmək üçün partiya funksiyonerlərinin səylərinə dair həssas detalları əhatə edir.

Kəşfiyyatın hesabatında yazışmaların sızmasının seçkinin nəticələrinə təsir göstərməsinə dair nəticə çıxarılmayıb. Tramp kəşfiyyat orqanlarının rəhbərləri ilə görüşdən sonra Tvitter səhifəsində yazdığı mesajlarda bu məqama diqqət yetirib.

Prezident Barak Obama və prezident seçilmiş Donald Tramp arasında Ağ Evdə görüş
Prezident Barak Obama və prezident seçilmiş Donald Tramp arasında Ağ Evdə görüş

"Kəşfiyyat qəti şəkildə bəyan edib ki, hakerliyin seçkinin nəticələrinə təsiri olduğuna dair heç bir dəlil yoxdur. Səsvermə maşınlarına toxunulmayıb"-deyə Tramp Tvitterdə bildirib.

Prezident Obama Moskva ilə çox yaxın əlaqələrlə bağlı xəbərdarlıq edib.

Mən onu çatdırmaq istəmişəm ki, idarəçilik və kampaniya aparmaq arasında fərq var. Ona görə də and içdikdən sonra bu ofisə daxil olan vaxt o, Yer kürəsində ən böyük bir quruma rəhbərlik etdiyinə çox yüksək qiymət verməlidir.
Barak Obama

"Məni ən çox narahat edən şeylərdən biri odur ki, son zamanlar respublikaçılar, ekspertlər, ya da şərhçilər arasında Vladimir Putinə demokrat olduqları üçün amerikalılardan daha az etibar etdikləri deyilən bir çox şərhlər görürük. Belə ola bilməz"-deyə Obama bildirib.

ABŞ prezidenti əlavə edib:"Biz bir-birimizə xatırlatmalıyıq ki, biz hamımız bir komandadayıq. Vladimir Putin bizim komandamızda deyil. Əgər biz bu ölkədə insanların əleyhdar olan və Birləşmiş Ştatları və bizim həyat tərzimizi özünə hədə sayan bir liderlə daha çox yaxınlıq hiss etdiyi bir məqama gəlib çatsaq, o zaman biz kiber hücumdan daha böyük problemlərlə qarşılaşacağıq."

Obama prezident seçkilərindən sonra Trampla Ağ Evdə görüşüb.

"Mən şeyi çatdırmaq istəmişəm ki, idarəçilik və kampaniya aparmaq arasında fərq var. Ona görə də and içdikdən sonra bu ofisə daxil olan vaxt o, Yer kürəsində ən böyük bir quruma rəhbərlik etdiyinə çox yüksək qiymət verməlidir"-deyə prezident Obama bildirib.


XS
SM
MD
LG