Accessibility links

Obama və Putinin Suriya münaqişəsinin həlli məsələsində mövqeləri toqquşur


ABŞ prezidenti Barak Obama və Rusiya prezidenti Vladimir Putin BMT-də Suriyada dörd ildir sürən münaqişəyə son qoyulması məsələsi ətrafında olduqca fərqli mövqe numayiş etdirib.

İki lider arasında bu gün təkbətək görüşdən öncə Obama BMT-nin Baş Assambleyasının illik iclasında çıxışı zamanı deyib ki, bu qədər qan tökülməsi və qırğından sonra Suriyanın müharibədən əvvəlki status-kvo vəziyyətinə qayıtması mümkün deyil. O, Suriya prezidenti Bəşar Əl-Əsədin hakimiyyətdən devrilməsi üçün nizamlı keçidə çağırıb.

Lakin Son on ildə BMT-də ilk dəfə çıxış edən Putin Suriya liderini hakimiyyətdən devirməyə çalışan İslam Dövləti qrupunun döyüşçülərinə qarşı Əsəd hökuməti ilə əməkdaşlıq etməməyin “böyük yanlışlıq” ola biləcəyi ilə bağlı xəbərdarlıq edib. O, İslam Dövləti qrupunun döyüşçülərinə qarşı İkinci Dünya Müharibəsi dövrü anti-Hitler koalisiyası kimi daha geniş koalisiyanın yaradılmasına çağırıb.

Obama Suriyada dörd ildir gedən döyüşlərə son qoyulması üçün “sadə cavabların olmadığını” deyib. Lakin o əlavə edib ki, “Suriya xalqının sülh içidə birgə yaşaması üçün razılaşmanın” əldə edilməsində dilomatiyadan istifadə edilməlidir. O, Əsədi “öz xalqına qarşı çəllək bombalarından istifadə edən lider kimi qınayaraq, bunun insanlığa qarşı hücum olduğunu deyib.

“Suriyada olduğu kimi fəlakətlər demokratiyanın mövcud olduğu yerlərdə baş vermir”-deyə prezident Obama bildirib.

ABŞ prezidenti Barak Obama dünyanı müharibələr və münaqişələrdən çəkinməyə və bunun əvəzinə qlobal səviyyədə münaqişələrin həlli üçün yeni diplomatik səylərə başlamağa çağırıb.

O, Rusiyanı keçən il Krımı ilhaq etdiyinə görə tənqid edib və deyib ki, Qərbin Moskvaya qarşı iqtisadi sanksiyaları zəruri idi, çünki heç bir ölkə Krımın işğalının cəzasız qalmasını qəbul edə bilməzdi.

“Əgər bu, Ukraynada nəticəsiz qalsaydı, bu, bu gün burada toplaşan hər hansı ölkədə də baş verə bilər”-deyə Amerika lideri bildirib.

XS
SM
MD
LG