Accessibility links

Prezident Obama Ağ Evdə Fransa prezidenti Ollandla danışıqlar aparıb


Amerikada rəsmi səfərdə olan Fransa prezidenti Fransua Ollandla Ağ Evdə qəbul edən ABŞ prezidenti Barak Obama Birləşmiş Ştatlar və Fransa arasında güclü müttəfiq münasibətlərinə yüksək qiymət verib.

Cənab Obama iki ölkə arasında ittifaq hər zaman olduğundan daha güclü olduğunu deyib. Cənab Olland iki ölkə arasında indiyə qədər görünməmiş etibarın olduğunu vurğulayıb.

İki lider arasında danışıqlar zamanı İranın nüvə proqramı ilə bağlı danışıqlar, Suriya böhranı, Afrikada əks-terror səyləri, ticarət, iqtisadiyyat və qlobal iqlim dəyişikliyi kimi bir sıra məsələlər müzakirə edilib.

Prezident Obama İran liderlərinin nüvə münaqişəsini həll etmədiyi halda sanksiyaların ciddiləşdiriləcəyi ilə bağlı xəbərdarlıq edib.

Bu gün axşam ABŞ prezidenti Fransa prezidentinin şərəfinə rəsmi ziyafət verəcək.

Cənab Olland 1996-cı ildən bəri Fransa prezidenti tərəfindən ilk rəsmi dövlət səfəri çərçicəsində ABŞ-a gəlib.

Prezident Obama bazar ertəsi günü Fransa prezidenti ilə ABŞ-ın üçüncü prezidenti olmuş Tomas Ceffersonun Virciniyada Şarlotsvildə tarixi iqamətgahını ziyarət edib. İstiqlaliyyət Bəyannaməsinin müəlliflərindən biri olan cənab Cefferson 1785-ci ildən 1789-cu ilə qədər ABŞ-ın Fransada elçisi missiyasını yerinə yetirib.

Fransa Britaniyadan müstəqillik uğrunda müharibədə Amerikanın 13 koloniyasını müdafiə edirdi.

Cənab Obama cənab Ollandla danışıqlardan öncə Fransa prezidentinin rəsmi qarşılama mərasimi keçiriləcək.
XS
SM
MD
LG