Accessibility links

Obama Netanyahu ilə görüşəcək



ABŞ prezidenti Barak Obama bazar ertəsi İsrailin Baş naziri Benyamin Netanyahu ilə Ağ Evdə görüş keçirəcək.

İki lider arasında danışıqların diqqət mərkəzində İran məsələsinin olacağı gözlənilir.

Baş nazir Netanyahu ABŞ prezidentini İranla “şirin söhbətlərə” etibar etməməli olduğunu söyləməyi planlaşdırır. Onun prezident Obamanı İranın nüvə silahı istehsal etməsinin qarşısını almaq üçün Tehrana təzyiqləri davam etdirməyə çağıracağı bildirilir.

Prezident Obama İsrailin narahatlıqlarını nəzərə alacağı, lakin cənab Ruhaninin niyyətinin nədən ibarət olduğunu yoxlamaq istədiyini açıq bildirəcəyi gözlənilir.

Prezident Obama və İran prezidenti Həsən Ruhani arasında keçən həftənin cümə günü 15 dəqiqə sürən telefon söhbəti baş tutub. Bu, ABŞ və İran dövlət başçıları arasında son 35 ildə ilk belə təmas olub.
XS
SM
MD
LG