Accessibility links

Obama: NATO-nun Şərqi Avropada daimi mövcudluğu lazımdır


ABŞ prezidenti Barak Obama Ukraynada demokratiya və qanunun aliliyinin zəfər çalacağına inandığını deyib.

Prezident Obama çərşənbə günü Brüsseldə Avropa İttifaqı və NATO rəsmiləri ilə görüşdən sonra açıqlama verib.

Cənab Obama Qərb qüdrətlərinin Rusiyanı Krımdan güclə çıxarmaq planları olmadığını deyib. Lakin o əlavə edib ki, zaman geçdikcə Qərb birlik göstərsə, Rusiya öz məqsədlərinə çatmaq üçün gücdən istifadə edə bilməyəcəyini başa düşəcək.

Avropa İttifaqının liderləri ilə Avropanın gələcək enerji ehtiyacları və Ukraynada vəziyyəti müzakirə etdikdən sonra danışan prezident Obama bildirib ki, beynəlxalq ictimaiyyət Rusiyanın Krımın ilhaqına görə təcrid edilməsi məsələsində bir mövqedən çıxış edir və bu, Avropanın enerji təchizatı üçün başqa mənbələr axtarmalı olduğunu göstərir.

O deyib ki, Birləşmiş Ştatlar və Avropa İttifaqının iqtisadi sanksiyalarının növbəti hədəfi Rusiyanın enerji sektoru ola bilər.

Cənab Obama Brüsseldə müxbirlərə NATO-nun Rusiyadan təhlükə hiss edən ölkələrdə daimi mövcudluğunun lazım olduğunu deyib.

ABŞ-ın Müdafiə naziri Çak Heygel Rusiyanın müdaxilə planları olmadığını bildirməsinə baxmayaraq, Ukrayna ilə sərhəddə hərbi qüvvələr yerləşdirməyə davam etdiyini bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Suriya hakimiyyəti ölkədəki silahlı qrupların ləğv ediləcəyni bildirir
please wait

No media source currently available

0:00 0:11:30 0:00
XS
SM
MD
LG