ABŞ prezidenti Barak Obama deyib ki, Birləşmiş Ştatların Liviya lideri Müəmmar Qəzzafi ilə bağlı siyasəti onun hakimiyyətdən getməli olduğuna əsaslanır, lakin hərbi qüvvələrin məqsədi bundan ibarət deyil. Çili paytaxtı Santyaqoda prezident Sebastian Penera ilə birgə mətbuat konfransında danışan prezident Obama qeyd edib ki, Birləşmiş Ştatların hərbi qüvvələri uçuşa qadağa zonasının yaradılması və Liviya xalqını müdafiə etmək üçün beynəlxalq mandatı dəstək verir. Onun sözlərinə görə, cənab ABŞ-ın Qəzzafinin təcrid edilməsi üçün siyasətini dəstəkləmək məqsədilə hərbi səylərlə yanaşı, əlavə imkanlar da mövcuddur. Prezident Obama Birləşmiş Ştatların Liviyada vəziyyəti yaxından izlədiyini bildirib. O deyib ki, missiyanın Liviyanın hərbi hava müdafiə qabiliyyətini dəf etmək kimi birinci mərhələsi başa çatıb. Bu mərhələdə Birləşmiş Ştatların başçılıq etdiyini deyən cənab Obama əlavə edib ki, növbəti mərhələlərdə ABŞ liderliyi başqalarına ötürəcək.