Accessibility links

Obama İslam Dövləti qrupuna qarşı hərbi qüvvədən istifadə etmək üçün Konqresə müraciət göndərib


ABŞ prezidenti Barak Obama Obama İslam Dövləti yaraqlı qrupuna qarşı hərbi qüvvədən istifadə etmək üçün Konqresə müraciət göndərib.

Konqresə göndərdiyi məktubda cənab obama hərbi qüvvədən istifadə edilməsinə səlahiyyət verilməsi üçün Konqresdə hər iki partiyanın nümayəndənləri ilə birgə iş aparmağa sadiq olduğunu bildirib.

Təklifdə hərbi əməliyyatların üç illə məhdudlaşdırılması və quru qüvvələrin genişmiqyaslı hücumlarının aparılmaması nəzərdə tutulur.

Cənab Obamanın Konqresə göndərdiyi təklifdə deyilir ki, İraq və Əfqanıstanda olduğu kimi genişmiqyaslı hərbi əməliyyatlar ABŞ hərbi qüvvələri deyil, yerli silahlı qüvvələrin öhdəsinə verilməlidir.

Prezidentin təklifi Konqresin Nümayəndələr Palatası və Senat tərəfindən təsdiq edilməlidir. Senatda respublikaçıların lideri senator Mitç Makkonnellin sözlərinə görə, prezidentin təklifi gələn bir neçlə həftə ərzində müzakirələrin əsas mövzusu olacaq.

Dünyaya Baxış

Dünyaya Baxış. Alatava sakinləri evlərinin icazəsiz sökülməsinə etiraz edir
please wait

No media source currently available

0:00 0:14:11 0:00
XS
SM
MD
LG