ABŞ prezidenti Kaliforniya hadisəsinə terrorizm və ya iş yerindəki mübahisələrin səbəb olma ehtimalını irəli sürüb.
Ağ Evdə danışan Barak Obama bildirib ki, hücumun motivi bəlli deyil. O, Amerika xalqını hücumun arxasında nəyin durduğuna izahat gətiriləcəyinə vəd verib.
Prezident müstəntinqlərin hadisənin dəlillərinin aşkarlanması üzərində iş apardıqlarını deyib.
ABŞ dövlət başçısı son hadisənin qanunvericiləri silahlara mənimsənilmə yollarını mürəkkəbləşdirmək haqda düşündürəcəyinə inandığını bildirib.
Kaliforniya ştatının San-Bernardino şəhərində Sosial Xidmətlər Agentliyinin keçirdiyi bayram mərasimi zamanı 14 nəfəri öldürən və 17 nəfəri yaralayan 28 yaşlı Səid Fərrux və 27 yaşlı Təşfin Maliki polislə atışma zamanı öldürülüb.