Accessibility links

Barak Obama Amerikanın yəhudi icmasının narahatlıqlarına münasibət bildirib


ABŞ prezidenti Amerikanın yəhudi icmasının İranla əldə edilən nüvə razılığına dair narahatlıqlarına münasibət bildirib.

Tədbir iki əsas yəhudi təşkilatı tərəfindən təşkil edilib.

Prezident deyib ki, ABŞ-la İsrail arasındakı həqiqi dostluq debatlara imkan yaradır. O, İsraillə aylardır təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi, kəşfiyyatın inkişafı və İranın regiondakı öhdəliklərinin müəyyənləşdirilməsi kimi məsələləri müzakirə etdiyini bildirib.

Barak Obama ABŞ-ın İranın təhlükəsinə görə İsraillə təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilmək istədiyinə dair iddiaları rədd edib.

O deyib ki, İranla razılıq olmasa idi belə bütün bu məsələlər onsuz da həll edilməli idi.

Obama bildirib ki, nüvə razılığı Amerikanın regionda terror aksiyaları və digər təxribatlara qarşı mübarizəsinə mane olmayacaq.

ABŞ dövlət başçısı İranla münasibətlərin normalladırılmadığını vurğulayıb.

Obama deyib ki, bəzən düşmənlərlə müzakirələr aparılması təhlükəsizliyin ən yaxşı təminatı ola bilər.

İsrail hökuməti sanksiyaların yüngülləşdirilməsi müqabilində İranı nüvə silahı istehsalından çəkindirən razılığa ciddi şəkildə etiraz edir.

ABŞ prezidenti Barak Obama Konqres üzvlərini İranla nüvə razılığını dəstəkləməyə çağırmaqda davam edir. O, Tehranın sazişin şərtlərinə əməl etmədiyi təqdirdə ABŞ-ın İrana qarşı hərbi əməliyyat həyata keçirə biləcəyini və ya sanksiyaları bərpa edə biləcəyini vurğulayıb.

Nümayəndələr Palatası və Senat nüvə razılığının əleyhinə səs verdiyi təqdirdə Obama veto qoyacağını vəd edib.


XS
SM
MD
LG