Accessibility links

Barak Obama: İranla razılıq dünyanı təhlükəsiz yerə çevirəcək bir anlaşmadır


ABŞ prezidenti bildirib ki, bu həftə biz tərəfdaşlarımız və müttəfiqlərimizlə bərabər İranla tarixi bir anlaşma əldə etmişik.

“Bu, İranı nüvə silahı istehsalından çəkindirəcək, ölkəmiz, müttəfiqlərimiz və bütün dünyanı təhlükəsiz yerə çevirəcək bir anlaşmadır”-deyə Barak Obama həftəlik müraciətində qeyd edib.

Prezident deyib ki, razılıq gərgin bir diplomatiyanın nəticəsidir. O, sənəddə İranın nüvə proqramının məhdudlaşdırılması və nüvə silahı əldə edilməsinə yol verilməməsi kimi mühüm fikir ayrılıqlarının həllinin yer aldığını vurğulayıb.

ABŞ dövlət başçısı razlığın İranı nüvə bombası üçün uran zənginləşdirməkdən çəkindirdiyini, İranın beynəlxlaq müfəttişlərin yoxlanışına imkan yaradacağını deyib.

O, İranın nüvə silahlarının yayılmamasına dair sazişin üzvü kimi nüvə silahı istehsalına cəhd etməyəcəyini bildirib.

“Bunun müqabilində İrana qarşı iqtisadi sanksiyalar yüngülləşdiriləcək. İranın vədlərinə əməl etmədiyi təqdirdə sanksiyalar yenidən qüvvəyə minəcək. İnsan hüquqları, terrorizmin dəstəklənməsi və ballistik raket proqramı ilə bağlı sanksiyalar qüvvədə saxlanılır”-deyə Barak Obamanın müraciətində bildirilir.

Amerika prezidenti diplomatiyanın davam etdiriləcəyinə də vəd verib.

XS
SM
MD
LG