ABŞ prezidenti Barak Obama üç il əvvəl prezident seçildikdən sonra amerikalıların bugünkü iqtisadi durumunun daha yaxşı vəziyyətdə olduğunu düşünmədiyini deyib. Amerika iqtisadiyyatının tənəzzül dövrünü yaşadığı və işsizlik səviyyəsinin yüksək olduğu bir vaxt internetdə yayımlanan müsahibədə cənab Obama bildirib ki, o özünün 2012-ci il seçkilərində Respublikaçıların hələ prezidentliyə göstərmədiyi namizədindən heç də daha güclü mövqedə olduğunu düşünmür. Lakin o deyib ki, 2013-cü ildə başlayacaq dörd il müddətinə ölkə prezidentini seçməzdən əvvəl seçicilə hansı namizədin daha yaxşı baxışları olduğunu sual edəcəklər. Özü demokrat olan prezident ABC tele-şirkətinin müxbiri Corc Stepanopolusa verdiyi müsahibədə Respublikaçı qanunvericilərlə son bir neçə aydır münasibətlərinin yaxşı olmadığını etiraf edib. Ağ Evdə verdiyi müsahibəsi zamanı ABŞ prezidenti müxtəlif məsələlərə toxunub.