Accessibility links

Barak Obama Roma papası ilə görüş keçirib


ABŞ prezidenti Barak Obama Roma papası ilə ilk dəfə görüş keçirib. Ağ Evin bildirdiyinə görə, onların müzakirələri zamanı artmaqda olan qeyri-bərabərlik məsələsi diqqət mərkəzində olub.

Vatikanın bəyanatında deyilir ki, tərəflər ABŞ-ın Katolik Kilsəsi ilə əlaqəli məsələri müzakirə edib.

Xəbər agentlikləri Obamanın Fransislə görüşünün ölkəsindəki iqtisadi planlarına yardım edəcəyini bildirir. Lakin ABŞ prezidentinin səhiyyə planında abort və konraseptivlərin ödənişini nəzərdə tutması mübahisələr mövzusudur.

Vatikan səfəri zamanı prezidenti dövlət katibi Con Kerri və digər yüksək səlahiyyətli rəsmilər müşayiət edir.

İtaliyada olarkən ABŞ dövlət başçısı o ölkənin liderləri ilə görüşlər keçirib.

İtaliyanın baş naziri Matteo Renzi ilə birgə mətbuat konfransı zamanı prezident Obama iqtisadi və müdafiə sahələrində əməkdaşlığa üstünlük verilməsinin vacibliyini vurğulayıb.

Tərəflər Ukrayna böhranı ilə bağlı da tərəfdaşlığa ehtiyac olduğunu deyib.

Barak Obamanın Avropa səfəri əsasən Ukrayna və Rusiya arasındakı münaqişənin müzakirəsinə həsr edilib.
XS
SM
MD
LG