Accessibility links

Prezident Obama Facebook və Google şirkətlərinin rəhbərləri ilə görüşüb



ABŞ prezidenti Barak Obama özəl hüquqlar və hökumətin izləmə proqramı ilə bağlı narahat doğuran məsələləri müzakirə etmək üçün böyük internet şirkətləri və sosial şəbəkələrin rəhbərləri ilə görüş keçirib.

Ağ Ev rəsmiləri cənab Obamanın altı internet və texnoloji şirkətin rəhbəri, o cümlədən, Google axtarış şirkətinin prezidenti Erik Şmidt və Facebook şirkətinin icraçı direktoru Mark Zukerberqlə görüşdüyü haqda məlumat verib.

Ağ Evin açıqladığı bəyanatda prezidentin administrasiyanın insanların təhlükəsizliyinin təmin edilməsi məqsədilə imkanlardan istifadə edildiyi halda, onların özəl hüquqlarının müdafiə edilməsi üçün mümkün bütün addımların atılacağı ilə bağlı mövqeyini bir daha təkrar edib.

Şirkət rəhbərləri görüşdən sonra açıqlama verməyib. Lakin keçən həftə Mark Zukerberq Facebook səhifəsində hökumətin izləmə proqramı ilə bağlı narazılığını bildirmək üçün prezident Obamaya zəng etdiyini yazmışdı.

Yanvar ayında prezident Obama Milli Təhlükəsizlik Agentliyinin kəşfiyyat məlumatlarını toplaması ilə bağlı islahatları açıqlamışdı. Buraya agentlyiin dünya üzrə kommunikasiyalar və xarici ölkə liderlərinin birbaşa izlənməsi ilə əlaqədar bir sıra dəyişikliklər daxil edilib.
XS
SM
MD
LG