Accessibility links

Obama: "Dağlıq Qarabağa dair səylərimizi artırmağa hazırıq"


Obama və Putin Dağlıq Qarabağ münaqişəsindən danışıb

ABŞ prezidenti Barak Obama və Rusiya dövlət başçısı Vladimir Putin arasında Dağlıq Qarabağ, Suriya və Ukrayna mövzularını əhatə edən telefon danışığı baş tutub.

Amerikanın Səsinin Ağ Evdən əldə etdiyi məlumata görə, Barak Obama telefon danışığı zamanı Vladimir Putinin 20 iyunda Azərbaycan dövlət başçısı İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan ilə Dağlıq Qarabağ münaqişəsinin həlli səylərinə dair görüşünü gündəmə gətirib.

Obama Putinə Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli həll yolunun tapılması üçün ATƏT-in Minsk Qrupunun həmsədrləri olaraq Rusiya və Fransa ilə birlikdə səylərini artırmağa hazır olduğunu bildirib.

Obama Putinə Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli həll yolunun tapılması üçün ATƏT-in Minsk Qrupunun həmsədrləri olaraq Rusiya və Fransa ilə birlikdə səylərini artırmağa hazır olduğunu bildirib.

Suriya mövzusunda da Suriya rejiminin atəşkəsə əməl etməməsinə dair narahatlıqlarını dilə gətirən ABŞ prezidenti hazırki məqamda Rusiyanın Əsəd rejiminə mülki vətəndaşlara və atəşkəsin tərəfdaşlarına qarşı hücumlarına son qoymaq istiqamətində sərt basqı göstərməsinə çağırıb.

İki lider telefon danışığı zamanı Suriyada İŞİD və Nüsrə Cəbhəsinin məğlub edilməsinə dair qətiyyətlərini də ortaya qoyublar. Obama Suriyadakı döyüşlərin sona çatdırılması istiqamətində real bir siyasi dəyişiklik üzərində irəliləyişə nail olunmasına və humanitar yardımın çatdırılmasına şərait yaradılmasının daimi olmasına çağırıb. O, bu sahədə BMT baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi Staffan de Misturanın səylərini dəstəklədiyini bildirib.

Ukraynadakı son hadisələrin də müzakirə mövzusu olduğu telefon danışığı zamanı Obama Putini Ukraynanın şərqində döyüşlərin miqyasının artmasının qarşısının alınmasına dair addımlar atmağa çağırıb. O, xüsusi olaraq Minsk razılığına dərhal əməl olunmasının vacibliyini vurğulayıb.

XS
SM
MD
LG